adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2014 09:59
6393
SİYASƏT
A- A+

Fazil Mustafadan dində qalmaqal yarada biləcək ifadələr

Deputat Fazil Mustafa Ramazan namazı ilə bağlı başlatdığı fikirlərini bir qədər də inkişaf etdirib.

"Qafqazinfo”nun xəbərinə görə, deputat yazdığı növbəti statusda ad çəkmədən şiələri aşağılayıb:

"Ağıl Allahın insana verdiyi ən böyük əmanətdir. Başqa heç bir məxluqa bu verilməyib. Ayələrin çoxusunda da, anlayın, ağlınızı işlədin deyə birbaşa insana tələb qoyulub. İnsanın axirətdə sorğulanmasının əsas səbəbi də bu əmanətlə bağlıdır. Bu əmanəti dağlar, göylər və yer götürməyib, insan cahillikdən götürüb, indi də yalnız insan etdiklərinə görə məsuliyyət daşıyır. Atdan, qoyundan, eşşəkdən , qurbağadan, ilandan belə bir tələb yoxdur. İstər Əhli Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctəhidimə həvalə etmişəm, həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır. Yəni məsuliyyəti özündən başqasına ötürməkdir. İslam, ağlını insanlıq üçün səmərəli istifadə edənlərin dinidir”.

Qeyd edək ki, F.Mustafanın "şeyximə və müctəhidimə həvalə etmişəm” deyə nəzərdə tutduğu toplum məhz şiələrdir.

Deputat bundan əvvəlki facebook statusunda builki Ramazan bayramında bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Dünyanın hər yerində bayram namazının 28-da qılınacağına diqqət çəkən deputat, Azərbaycan və İranda bayram namazının məhz 28-də qılınmasını Azərbaycanı hələ də İranın dini-mənəvi müstəmləkəsi kimi qiymətləndirib.