ANA SƏHİFƏ / YAZARLAR

FUTBOLUN VƏ JURNALİSTİKANIN QEYRİ-SƏLİS MƏNTİQİ

37256    |   2014-07-26 03:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi səbəblərə görə, Türkiyə mövzusu ilə bağlı silsilə yazılarımın dərcini qeyri-müəyyən vaxtadək dayandırıram. Baxmayaraq, 6-cı və 7-ci hissələr qəzet variantı üçün hazırdır. Silsilənin davamının dərcinə başlayarkən həmin səbəblərdən yalnız birini, təbii ki, oxucularla da bölüşəcəyəm. Və hər ehtimala qarşı üzrxahlığımı da bildirirəm.
Bu yazıda isə bir-birirndən xeyli fərqli olan və ötüb keçən iki hadisə haqqında qısa söhbət açıram. Birincisi, futbol üzrə dünya çempionatıdır ki, bəzi fikirlərimi əvvəlcədən həmkarım Etibar Cəbrayıloğlu ilə bölüşmüşdüm və o da söhbətimizin nüvəsini özünəməxsus üslubda oxuculara çatdırmışdı. Ötənlərin idman yazarı (sovet dövründə idman mövzusunda dərc etdirdiyim məqalələrə görə, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsinin, eləcə də Respublika "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin müxtəlif mükafatları ilə təltif olunmuşam) və stajlı futbol həvəskarı olaraq əlavə edib bildirmək istəyirəm ki, Braziliyanın öz ölkəsində təşkil etdiyi mundialda almanlara 1:7 hesabı ilə uduzması, bütövlükdə idmanın bu növünün gözdən düşməsi, faciəsi idi. Baxmayaraq, almanlar 50-ci illərin əvvəllərindən üzü bu yana məhz yüksək nəticələr uğrunda mübarizə aparıblar. Nəticələr öz yerində, ancaq Avropa və dünya miqyaslı yarışlarda uzun illərin dəyərləndirməsi kimi müəyyən bir fikir də formalaşmışdır: "Hamı futbol oynayır, almanlar isə qalib gəlirg"
Bu çempionatda Almaniya yığmasının gücünü etiraf etməmək ədalətsizlik olardı. Ancaq məsələnin digər tərəfi də var. Elə görüşün başlanğıcından şoka düşmüş braziliyalılara aman verməyən "alman maşını", buraya qədər Qana ilə güc-bəla heç-heçə edə bilmişdi, ABŞ kimi "həvəskarı" kiçik hesabla uda bilmişdi və Əlcəzair yığmasının müqavimətini 90 dəqiqə ərzində qıra bilməmişdig
Üstəlik finalda da argentinalıların sonuncu dəqiqədəki (!) mövqe səhvi Messinin komandasına həlli mümkün olan başqa bir nəticə üçün şans tanımadı.
Futbol oyunu baxımından Almaniya yığması Argentina, Kolumbiya, Uruqvayg kimi ölkələrin komandalarından heç də üstün və maraqlı görünmürdü. Məhz maraqlı görünmürdüg
Futbolda təsadüflər və gözlənilməz nəticələr müəyyən məqamlarda baş versə də, ancaq çox nadir hallarda hadisə səviyyəsində yaşanır. Bir oyunçunun sıradan çıxması Braziliyanı iki dəfə nokauta salıb. 1966-cı il çempionatında Pelenin ayağını qəsdən sındırıb ağladarkən, indi də Neymarın onurğasını əzib futbolun da belini qırarkən. Ancaq bütün bunlara baxmayaraq, Braziliyanı ən güclü hesab etmək fikrindən də uzağıq.
Braziliya yığması 5 dəfə dünya çempionu adını qazanıb. Ancaq bu komandanın ən güclü, ən gözəl və zövqlü dövrü 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatı olub. Məşhur futbol mütəxəssisi Tele Santananın komandası bütün komponentlər üzrə digər yığmalardan bir baş üstün idi. Serjiniyonun, Zikonun, Sokratesin, Falkaonun və komandanın digər üzvlərinin oyunu qeyri-adi bir hadisə idi, futbol fəlsəfəsi idi. Nə olsun? O boyda dahi məşqçinin - Tele Santananın ədəbaz bir hərəkəti, lazım olmayan qələbəyə ilişməsi, mənim aləmimdə builkindən də betər faciə ilə sonunclandı. Çünki o vaxtkı Braziliya yığması indikindən qat-qat üstün və möhtəşəm idi. Xatırlasaq ki, 1982-ci ilin çempionu İtaliya yığması qrup yarışmasında qələbə qazanmadan məhsuldar heç-heçə sayəsində təsadüfən növbəti mərhələyə adlaya bilmişdi, bu müqayisəmiz bir daha aydın görünər.
Çoxları elə başa düşər ki, mən Braziliya yığmasına azakeşlik etmişəm deyə keçmişləri də xatırlayıram. Xeyr. Təbii ki, meydan sahibləri kimi sambaçıların layiqli qələbə qazanacağı təqdirdə bunu qəbul edəcəkdim. Ancaq əsas favoritim Argentina yığması idi. Hətta qəlbimin dərinliklərində bu komandaların gözlənilməz uğursuzluğuna Uruqvay kompensasiyasını da düşünürdüm.
Əvvəldən də söylədiyim kimi bu çempionat və xüsusilə Braziliya-Almaniya görüşü futbolu idmanın şahı titulundan məhrum etməyin başlanğıcını qoydu. Təkrar edirəm, Almaniyanın çempion olmasına görə yox, paradoksların adiləşdiyinə və məntiqin ikiüzlü mövcudluğunun da kəşfinə görəg
g İkinci hadisə respublikamıza aid olan məsələdir. Milli Mətbuat günü həftə boyu bir yubiley tədbiri kimi qeyd olundu. Mətbuatımızın 139-cu ildönümü paytaxtda və respublikamızın əksər şəhər və rayonlarında təmtəraqla keçirildi, kütləvi informasiya vasitələrinin fəaliyyətinə hörmət və rəğbətlə yanaşıldı. Ölkə rəhbərliyinin qayğısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişləri ilə görülən işlər Azərbaycan mediasının daha mükəmməl gələcəyindən xəbər verdi.
Bu istiqamətdə Azərbaycan Mətbuat Şurasının, Prezident yanında Dövlət İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, eləcə digər qurumların fəaliyyəti yüksək dəyərləndirilməlidir. Görülən işlər, keçirilən tədbirlər mətbuatımızın inkişafına xidmət göstərməklə onun cəmiyyətdəki rolunu da bir daha diqqətə çatdırır. Peşəkarlar, jurnalistikanın əsl simaları - gündəlik fəaliyyətlərində ilk olaraq vətəndaşlıq mövqeyi göstərənlər, eyni zamanda oxucuları yüksək səviyyəli yazılarla təmin edənlər, jurnalist adını bütün mənalarda uca tutanlar sevinməyə daha çox layiqdirlər.
Bayram təntənələri və təbrikləri yekunlaşdığından bir məsələni də qeyd etməyim prinsipcə mümkündür. Adi günlərdə baş işə-gücə o qədər qarışır ki, belə məsələlər operativ təsir bağışlamır. Yəni necə? Peşəkarların, jurnalistika fədailərinin bayram təəssüratı heç də arzulanan effektlərlə formalaşmır və davamlı olmur. Səbəb konkretdir. Mətbuatı, jurnalistika məkanını özünə münbit və əlverişli yer seçərək yalnız şəxsi məqsədləri üçün faydalanmaq istəyənlərin faiz çoxluğu o qədər fərqlidir ki, peşəkarlıq sanki lokal görüntü təsirini bağışlayır. Heç bilirsiniz jurnalistikaya heç bir mənada adiyyatı olmayan yüzlərlə maklatura qəzetlər, göbələk kimi artan "ittihamçı saytlar" (nümunəvi elektron vasitələr istisnadır) və bu tip digər "marallar" cəmiyyətdə necə böyük etiraz və ikrah hissi ilə qarşılanır? Çünki azacıq araşdırma aparılarkən kimin kim olduğu yaxşıca aydınlaşır. Haqlı suallar çıxır ortaya: "Dünənə qədər mehmanxanada çalışırdı, dünənə qədər xaltura edirdi, dünənə qədərg indi bu haranın jurnalisti oldu ki?" Bax, peşəkarlar və cəmiyyətin əksər nümayəndələri üçün ən ağrılı məsələdir bütün bunlar. Çox pis və acınacaqlı vəziyyətdir.
g Bu gün həm də "Ədalət"in 24 yaşı tamam olur. Özümüz haqqında yazmaq təvazökarlıqdan uzaq olardı. Ancaq bu kollektivin peşəkar və zəhmətkeş əməkdaşları, jurnalist adını uca tutan "fəhlələri", həm də onun ev yiyəsi, sahibidirlər. Bu "Ədalət" evinin qonaqları - oxucuları da qəzeti bu fədakar yazaların simasında oxuyur, sevir, fikir paylaşırlar. Qəzet rəhbərliyinin ən böyük sevinc mənbəyidir oxucu-qəzet münasibətlərindəki bu cür rəğbət və sərbəstlik.
Yeri gəlmişkən, Milli Mətbuat günü keçirilən regional yığıncaqlarda qəzetimizin də adı hörmətlə çəkilmiş, mükafatlara layiq görülmüşüdr. Əldə etdiyimiz məlumatlara görə, Şamaxı, Şəki, Qax, Zaqatala, Balakən, Ağcabədi, Ağdam, Masallı və digər şəhər və rayonlarda "Ədalət" qəzetinin həmin bölgələrdəki fəaliyyəti, dərc etdiyi yüksək səviyyəli yazıları təqdir olunmuş, kollektivin, rəhbərliyin ünvanına çox sözlər deyilmişdir.
Bu qədər.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK