adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YAŞA, EY HAQQ

NAHİD HACIZADƏ
24759 | 2014-07-26 03:10
* * *

...Pəncərə qarşısında donub qalmışdı. Qar başlamışdı. Göylər sinəsini yaman açmışdı. Elə bil ələkdən ələnirdi... Moskvadan sonra o, belə qar görməmişdi. "Qoy yağsın, bundan da gur yağsın! - deyə xəyalı dünyanın bu ağappaq sevincinə, ehtişamına qoşuldu. - Bar-bərəkətdir - qar, ruzudur, göyün yerə bəxşeyişidir".
Baxışlarını bu mənzərədən çəkə bilmirdi. Gözləri yağan qarda, fikri-xəyalı uzaqlarda idi. O, İstanbula sığışa bilmirdi. Hərdən ürəyi hövl eləyirdi. Sözünün əvvəli də, axırı da Vətən idi, Azərbaycan idi! Gecə-gündüz qəfəsə salınmış quş kimi çırpınırdı...
Qəlbi yenə Vətənə üz tutmuşdu, Vətənlə danışırdı. "Niyə sənin taleyin həmişə belə keş-məkeşli, başın belə qovğalı olub, Azərbaycan? Niyə sənin yolun belə çətindir - uçurumlardan keçən yoldur, mənim xalqım? Niyə yad baxışlar, yad gözlər bu torpaqdan çəkilmir? Niyə? Niyə?? Niyə??? Bəlkə ona görə ki, gözəllikdə, var-dövlətdə sənin kimi məmləkət yoxdur bu dünyada, Azərbaycan?!"
Köksü dəmirçi kürəsinə dönmüşdü, köz-köz olmuşdu qəlbi. Yanırdı içəridən, yanıb qığılcımlanırdı Məmmədəmin Rəsulzadə: "Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək üçün nə qədər çətinliklərə rast gəldik, töhmətlərə tutulduq!
Azərbaycan muxtariyyəti deyirdik: soldan və sağdan hər növ hücuma məruz qalırdıq!
Biz Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyirik: bizə Moskvada yanacaq "məşəli" nişan verirlər. Biz elmə, mədəniyyətə öz dilimizin, mədə-niyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyirik, bizə Ərəbistanı göstərir-lər".


O, taleyinə sığınıb İstanbulda mühacir ömrünün ağrılı-acılı səhifələrini yazırdı. Həyat onu sərt, amansız günlərin axarında, həsrət, ehtiyac və sayagəlməz qayğılar burulğanında qərq eləmək istəsə də, Məmmədəmin Rəsulzadə ürəyində Vətəndən əmanət gətirdiyi İstiqlal işığını günəş kimi taleyinə tutub, bu işıqda gələcəyə baxır, "Öldü var, döndü yoxdur, - deyirdi. - Biz Azərbaycan İstiqlalı yolunda son nəfəsimizə, son damla qanımızacan döyüşəcək, mübarizə aparacağıq! Bizim yolumuz haqq yoludur!"
İlk gənclik illərindən adı, sənəti qarşısında baş əydiyi, səcdə etdiyi Tofiq Fikrətin hər bir türkün ürəyində abidəyə çevrilən "Millət şərqisi"nin misraları onun həyat məramına dönmüşdü:
Millət yoludur,
haqq yoludur
tutduğumuz yol,
Ey haqq, yaşa!
Ey sevgili millət,
yaşa, var ol!
O, müqəddəs and kimi dilindən düşməyən, Vətən, xalq qarşısında övladlıq borcunun, öv-ladlıq məhəbbətinin nəqşəsi tək qəlbinə keçən bu misraları ömür, tale kitabına - "Azərbaycan Cümhuriyyəti"nə epiqraf seçmişdi.
Bütün gecəni ara vermədən hey yağmışdı. Qar dizə çıxırdı - yol-riz bağlanmışdı. Bir qa-nadını Asiyaya, o biri qanadını Avropaya sərmiş bu qədim, sayagəlməz minarələri buludları da-rayan, ətəkləri sularda lövbər salan İstanbul bəyaz qış paltarında bir nağıla bənzəyirdi. Qarın şoxu adamın gözünə vururdu. Məmmədəminin bu dümağ, qu tükü tək yumşaq yanvar səhərindən xəbəri yox idi. Yatağa girəndə gecə yarıdan keçmişdi. Yuxusu da qaçaq düşmüşdü, gözlərini dan yeri söküləndə yummuşdu. Hər şeyi unudub doyunca yatmaq, yatmaq istəyirdig Ancaq haradaydı bu xoşbəxtlik? Əsəbləri yay kimi tarıma çəkilmişdi. Nə qədər dəhşətlərdən keçib, neçə dəfə ölümün üstündən adlamışdı. Sağ-salamat İstanbula gəlib çıxması, köhnə dostların əlini sıxması hələ də ona yuxu kimi gəlirdi. "Doğrudanmı indi mən qardaş eldə, dostlar arasındayam?". Qəlbini isidən, nurlandlıran bu işıq, bu səs tez-tez boğulurdu içində: "Daha azadam" deyib çox da sevinmə. Sən cəlayi-vətənsən; Məmmədəmin! Qarşıda səni hələ nələr gözləyir? Bunu heç özün də bilmirsən. Körpə balaların orada köməksiz, həyansız qalıb, yollara baxa-baxa qalıb - sən burada azadlıq havası ilə nəfəs alırsan? Orada, sənin Vətənində haqq-ədalət çarmıxa çəkilir, işıqlı zəkalar, düşünən başlar torpağa gömülür; yadlar qabağında əyilməyənlər, qürurunu, şərəfini, mənliyini uca tutanlar "Xüsusi şöbə"nin zirzəmilərində çürüyürlər. Millətin başını yaman biçdi cəlladlar. Bizimkilərdən duza gedənlər az deyil. Bilmirlər ki, bolşevik boyunduruğu Əzrayıl qılıncından betərdir. Onu geydin, demək köləsən, ayaqlar altında sürünəcəksən. İmperiya cildini dəyişib, bunlar isə şirnikib sevinirlər. Elə bilirlər yuxa içində halva var. Ulular demişkən, ilanın ağına da, qarasına da lənət. Nikolay getdi, Lenin gəldi. Nə fərq oldu arada? Heç nə! Ad dəyişdi, məna-mahiyyət qaldı. Necə deyərlər, yağışdan çıxdıq, yağmura düşdük".

Qəribə olmuşdu. Hərdən öz-özünə danışır, sual verir, cavab alırdı. Qəriblik onu yaman sı-xırdı. Ürəyi gecə-gündüz vətən həsrətilə, balalarının eşqi ilə çırpınırdı, düşüncələri doğma yerləri gəzib dolanırdı. Beş il əvvəl üç rəngli bayraq Azərbaycan Cümhuriyyətinin başı üzərində məğrur-məğrur dalğalanarkən necə düşünürdüsə, indi də eləcə fikirləşirdi. Gecə yuxudan da oyatsan, həmin sözləri deyəcəkdi: "Hər millət müstəqil və hürr olmalıdır! Cəbr ilə qəbul etdirilən bir şeydə qətiyyən səadət ola bilməz, çünki səadət hürriyyət istiqlalıdır".
Dönməz-dəyişməz xarakteri, xasiyyəti var idi: əqidə bütövlüyünü insan üçün hər şeydən uca tuturdu.
O, səhər dediyini axşam, axşam dediyini səhər danan, gündə bir söz deyib, başqa hava çalan adamlardan həmişə uzaq olmağa çalışırdı. Düşünürdü: "Sözü ağzından çıxaranacan gərək yüz ölçüb, bir biçəsən. Söz ağzından çıxdı, daha sənin deyil. Ancaq onun cavabdehliyi ömrün boyu, hətta qəbirdə olanda da sənindir. Yaş dəyişsə də, gərək baş dəyişməsin. Əqidə - insanın Allahıdır; ona qəlbini verdin, sidq ürəkdən inandınsa, bu inamı gərək ömürlük yaşadasan, qəbir evinəcən özünlə aparasan. İnam, əqidə nə alınan, nə də satılandır. O, sənin taleyin, alın yazındır".
gSonra da qatmaqarışıq yuxular burulğanına düşmüşdü. Qaranlıq dünya kimi qorxunc idi bu yuxular. Öz səsinə oyanmışdı, hələ də qışqırığı qulaqlarında cingildəyirdi:
- Ümg bülg bəg ni!..
Yataqdan dik atıldı. Gözlərini ovuşdura-ovuşdura ətrafa boylandı. Divarlar işıq selində üzürdü. Baxdı, baxdıg Gün gözlərini qamaşdırdı, əlini gözünün üstünə aldı. Bir az əvvəl gördüyü yuxunu xatırladı. Bulud kimi yaddaşına köçüb, yaddaşında qalmışdı o yaz günü, o mən-zərə. Coşğun dağ çayının səsi də hələ qulaqlarında sönüb-səngiməmişdi. Elə istərdi ki, bu yuxu, bu şirin anlar ötüb keçməsin, onunla qalsın, həmişəlik qalsın.
g Seyrəngah vaxtı idi. Gül-gülü, çiçək-çiçəyi çağırırdı. Bənövşə, nərgiz ətri hər yanı bürümüşdü. Quşlar səs-səsə verib oxuyurdu. Yuxarıda dupduru, mavi səmag Aşağıda güllü-çiçəkli yamaclar, yamyaşıl ormanlarg Başlarının üstündə qollu-budaqlı ağaclar çətir açmışdı. Kölgəlikdə palaz salıb oturmuşdular. Qızları Lətifə ilə Xalidə gül-çiçəyin içində kəpənək kimi o tərəf, bu tərəfə uçur, qaçırdılar. Balaca Azər anasının qucağında mışıl-mışıl yatırdı. Rəsul isə onun dizinin üstündən düşmək bilmirdi. Gecə-gündüz həndəvərindən aralanmayan əmisi oğlu Məmmədəli xeyli aralıda ocaq çatıb oturmuşdu. Gurhagurla yanırdı ocaq. Məmmədəli də göz-ləyirdi ki, köz düşsün, başlasın şişləri düzməyə. Qohum-əqrəba onun çəkdiyi kababın dadından doymurdu.
- Məmmədəli qardaşın çəkdiyi kababın dadı çoxdandır yadımızdan çıxıb, - deyə Ümbülbəni üzünü ona sarı tutdu. - Heç olmasa hərdən bağda yığışmağımız, qohum-əqrəbanın üzünü görməyimiz vardı. Buna da bizi tamarzı qoymusan, Əmin. Gözlərimə inana bilmirəm ki, bu gəzməyə çıxan bizik, ailəliklə bir yerdəyik, balalarımızı başımıza yığıb belə gözəl bir yerdə süfrə açmışıq.
- Mən təkcə özüm üçün, sizin üçün yaşamıram, - deyə Məmmədəmin onu uzun, sınayıcı baxışlarla süzdü. - Başım yaman qarışıqdır, Ümbülbəni.
- Sənin başının qarışıq olmayan vaxtını heç görmədik, Əmin. - Ümbülbəninin gözləri yol çəkdi. - Gah çıxıb İrana getdin, gah Türkiyəyə. Gələndən sonra da beləg Hökumət adamı oldun. Ev-eşik də, arvad-uşaq da yadından çıxdı. Bu günə də min şükür. Hərdən ürəyimə o qədər qara-qura fikirlər gəlir kig
- Qara-qura fikirləri at başından, Ümbülbəni.
- Ata bilirəm kig
- Mənim gələcəyə böyük ümidlərim, arzularım var.
- Bircə bu uşaqları bir yana çıxara bilsəydik.
- Darıxma, Ümbülbəni, sən heç darıxma, - əlini Rəsulun başına çəkdi. - Sən ürəyini düz tut, qalan hər şey yaxşı olacaq. Qabaqda bizi toylar gözləyir. Qız köçürəcəyik, gəlin gəti-rəcəyik. Biz də bir insan kimi sevinəcəyik.
- Allah ağzından eşitsin, ay Əmin!
Lətifə qaça-qaça gəldi:
- Ata, gör nə gözəl ətri varg - əlindəki bənövşə dəstəsini ona uzatdı.
Məmmədəmin çiçəkləri qoxulayaraq:
- Bir üzünü bəri tut, - dedi.
Lətifə sevincək halda boynunu irəli uzatdı. Məmmədəmin onun o üzündən, bu üzündən öpdü.
- Sağ ol, mənim çiçək balam, payın artıq olsun!
- Sən də sağ ol, ata!
Lətifə onlardan iki-üç addım aralanıb dayandı. Nəsə demək istədi, demədi. Ana qızının ürəyindən keçəni oxuyurmuş kimi soruşdu:
- Nə istəyirsən, qızım?
Lətifə atasının üzünə baxdı.
- Hə, de, utanma, qızım! - dedi Məmmədəmin.
- Acmışam, - Lətifə başını aşağı saldı.
- Pendir-çörək istəyirsən? - anası dedi.
Məmmədəmin başını buladı:
- Yox, lazım deyil.
Ümbülbəni təəccübləndi.
- Niyə?
- İştahası qaçmasın, indi kabab hazır olacaq.
- Kabab hələ uzun çəkər.
Uzaqdan Ümbülbəninin sözlərini Məmmədəlinin qulağı aldı.
- Ümbül xanım, uzun çəkməz, -dedi. - Onca dəqiqə dözün, sizə bir kabab verim ki, dadı damağınızdan getməsin.
- Əmioğlu, deməsən də bilirik. - Məmmədəmin tərifə keçdi. - Kabab bişirməkdə sənə çatan olmaz. Ustasan, vallah. Ona görə də hərdən sənə belə əziyyət veririk.
- Bu mənim üçün əziyyət deyil, - Məmmədəli yaxına yeridi. - Kefdi-damaqdıg Sizin üçün də kabab çəkməyib, kimin üçün çəkəcəyəm?!
Ümbülbəni dil-ağız elədi:
- Həmişə kef-damaq içində olasan, Əli qardaş!
- Sizinlə bir yerdə, əmigəlini!
Ümbülbəni alqışı alqışa qoşdu:
- Çox sağ ol, Allah sənə ürəyincə versin! Əziyyətimizi çox çəkmisən. Heç bilmirəm, sə-nin borcundan nə vaxt çıxacağıq, necə çıxacağıq?
- Təki bircə sağlıq-salamatlıq olsun! - dedi Məmmədəli. - Borclu-borclunun sağlığını istər.
gMəmmədəli quzu ətini xüsusi bir həvəslə, şövqlə şişə çəkirdi. Ümbülbəni Məmmədə-minə tərəf dönüb yavaşdan dedi:
- Həm sən, həm də mən tərəfdən bütün qohumların içində Əli qardaşın əvəzi yoxdur. Ürəyinə ürək çatmaz. Allah elə bil onu yaxşılıq eləmək üçün yaradıb.
- Məmmədəli mənə qardaşdan irəlidir. O, təkcə yaxın qohum yox, həm də əqidə, məslək dostumdur mənim. Yanımda olanda özümü çox ürəkli hesab edirəm, elə bilirəm arxamda dağ var.
- Allah ömrünü uzun eləsin!
- Heç özünə fikir verən deyil. - Məmmədəmin yüngülcə köks ötürdü. - Hamıya can yandırır, ancaq öz canı əldən gedir. Ürəyi onu yarı yolda qoymasa yaxşıdır. Səhhətindən yaman nigaranam...

(ardı var)

Nahid HACIZADƏ

TƏQVİM / ARXİV