AVTOBUS TUĞA GETMİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
104348 | 2014-07-26 02:31
Bir anlıq özümü də unutmuşdum, bu dünyanı da. Və o bir anlığın nədən yarandığının, nədən baş verdiyinin də fərqində deyildim. Eləcə dünyanın ən xoşbəxt adamı kimi kefim ala buludlarda, ayağım yerdə, ürəyim sinəmdə, ağlım da başımda yol gedirdim. Birdən elə bil kimsə mənə yuxudan ayıl, dedi. Bu səs o qədər hökmlü idi ki, ayılmaya bilməzdim və yuxudan ayıldım. Gördüm kig
Şəhərin ən möhtəşəm prospektlərinin biri ilə sərnişin avtobusu hərəkət edirg İri tutumlu bir avtobusdug Kifayət qədər də sərnişini varg Ağır-ağır, ləngərləyə-ləngərləyə gedir avtobus. Mən avtobusun arxasınca baxıram, heç bir maraqsız-filansız. Sadəcə, məni yuxudan oyadan səsin hökmü ilə baxıram. Birdən diqqətimi avtobusun arxa şüşəsindəki trafaret çəkir. İri hərflərlə yazılıb:
- Tuğ!
İnana bilmirəm. Şəhərdaxili avtobus Tuğa gedir? Mənim xəbərim olmayıb?! Bəlkə nə isə baş verib? Bəlkə Tuğ azad olunub? Bəlkə artıq "Bakı-Tuğ" marşrutu fəaliyyətə başlayıb? Axı bir zamanlar belə bir marşrut fəaliyyət göstərirdi. Bakıdan üzü Qarabağa gedənlərin böyük əksəriyyəti paytaxt avtovağzalından səhər saat 6:30-da hərəkətə başlayan və vağzalı ilk tərk edən bu avtobusu yaxşı xatırlayır. Həmin avtobusa təkcə Tuğa gedənlər sərnişin olmurdular. Bu avtobusun sərnişinləri arasında Bərdəyə gedənlər də, Ağdama gedənlər də, Füzuliyə gedənlər də özlərini çox rahat hiss edirdilər. 7 saatdan artıq yolda olan bu avtobus haralardan keçib getmirdi kig Kürdəmirdən, Ağdaşdan, Göyçaydan, Ucardan, Yevlaxdan, Bərdədən, Ağdamdan, Füzulidəng və gəlib çatırdı Tuğa. Bu avtobusla kəndimizə gedib-gələndə neçə-neçə insanla tanış olmaq, dostlaşmaq imkanı qazanmışam. İndi isə xəbərim olmayıb. Bakıdan Tuğa hərəkət edən marşrut bərpa edilib, mən isə fil qulağında yatıb qalmışam. Türk qardaşlarımız demiş, lənət olsun belə övladlığa. Bir övladın ki, öz kəndinə gedən marşrutdan xəbəri yoxdur, ona necə övlad demək olar?..
Hələ də gözlərimi önümdə hərəkət edən avtobusun üzərində yazılmış trafaretdən çəkə bilmirəm:
- TUĞ!
İlahi, deyəsən mən havalanıram, deyəsən mən dəli oluram. Bu boyda hadisə baş verib, bu boyda avtobus Tuğa gedir, mən isəg Yox, doğurdan dəli oluram. Özü də artıq yavaş-yavaş yox, birdən-birə. Məni yuxudan oyadan səsin sahibi çiynimə toxunur:
- Gördün?
- Gördüm. Amma indiyə kimi niyə görməmişəm onu fikirləşirəm. Ya kor olmuşam, ya da bu avtobusla heç qarşılaşmamışam.
Öz-özümə verdiyim sualı necə ucadan ifadə etdimsə, yanımda əyləşib məni yuxudan oyadan dostum özü də diksindi. Elə onun diksinməyi ilə də məni gic gülmək tutdu. Elə bir gülmək ki, daha çox ağlamağa bənzəyirdi. Özüm özümü ağlayırdımg Özüm öz günümə ağlayırdımg özüm öz kəndimi, evimi, xatirələrimi ağlayırdım. Sadəcə, göz yaşlarım içimə axırdı. Ürəyimə göz yaşları ilə bərabər qor da səpilirdi, çıtır-çıtır yanırdı, tüstüm təpəmdən çıxırdı. Bu tüstünü Allahdan başqa kimsə görmürdü. Yəni bəndə istəsə də görə bilməzdi. Çünki bu yanan ürəyimin tüstüsü idi. Ona görə də heç kimə heç nə demədim, səsimi də çıxarmadım. Eləcə tüstülənə-tüstülənə:

Sakitləşdirmə məni
qoy yansın ürəyim
yansın hislərim,
yansın duyğularım,
yansın xatirələrim,
yansın yuxularımg
Sakitləşdirmə məni
ovutma, təsəlli vermə
heç necə yandığımı da
hiss etmə, görmə
və sadəcə
oturduğun kimi otur
baxdığın kimi bax
və sən də
yanan bir şamın
işığında dua et!
Dua et ki
necə yandığımı,
niyə yandığımı
və yana-yana da ağladığımı
Allahdan və səndən başqa
kimsə bilməsin.
birdən bilərlər
və məni dəli hesab edib
dəlinin ağlamağına gülərlər!..

Hə, indi təsəlli istəmirəmg İndi kiminsə əlimi ovcunun içinə alıb başımı sinəsinə sıxıb "dözümlü ol!" deməsini də arzulamıram. Çünki bütün bunların hamısından keçmişəm, bütün bunların hamısını eşitmişəm. Səbrin boyundan da, yaşından da xəbərim var. Düz 23 il, hələ bir az da artıq, mən səbrin boyuna baxa-baxa, yaşını saya-saya gözləyirəm. Amma heç ağlıma gəlməyib ki, boyuna baxdığım, yaşını saydığım səbir, sən demə reklama işləyirmiş. Sən demə, həmin o avtobusun Bakının küçələrində gəzdirdiyi trafaret reklam imiş. Özü də peçenye reklamı. Dadlı-duzlu "tuğ" peçenyesi. Bu da bir xoşbəxtlikdi. Öz-özümə deyirəm bunug öz-özümə ağlımdan, ürəyimdən keçirirəm. Hətta bir az qürrələnmək istəyirəm, kəndimin adı peçenyedə reklam olunur. Amma sonra fikirəşirəm ki, görəsən o peçenyeni istehsal edənlərin Tuğdan xəbəri var? Görəsən, onlar Tuğ kəndini necə yandırıldığını, necə odlara qalandığını bilirlər? Özü də bircə dəfə yox, birinci dəfə yox, ilk dəfə 1905-ci ildə odlara qalanıb bu kənd. Böyük Cəfər Cabbarlı da tarixi həqiqəti səhnələşdirib. Görünür, o böyük dahi o böyük faciəni teatr səhnəsinə çıxarıb ki, biz baxıb, görüb özümüzü tanıyaq. Amma biz bədbəxtlər baxıb görüb Allahverdi, İmamverdi dostluğuna qiymət vermişik, tarixi həqiqətə yox, faciəyə yox... Buna görə də təkrar olundu. Özü də 1905-ci ildəkindən daha ağır, daha dəhşətli bir formadag
Tuğ yandı, Tuğ işğal oldu, biz bir-birimizə səbirli ol, dözümlü ol, dedik. Mənə də dedilər, mən də dedim. Amma bilmədim ki, səbr, də dözüm də 40 arşınlıq quyudu. Ordan çıxmaq hər oğulun işi deyil.

Öz-özündən qorunub
Ruhum candan sorulubg
Bir cümlədə yorulub -
Bir sözdə də əridimg

Quru canım, yaş adım
Çalışdım ki yaşadım!..
Mən bir gözdə yaşadım -
Bir gözdə də əridimg

Yuxularda ucaldım
Yuxularda qocaldımg
Mən bir "döz"dən güc aldım -
Bir "döz"də də əridim.

Bir az dərin düşünəndə əslində həyat elə səhnədi. Və biz də dahilərin dediyi kimi, bu səhnənin istedadlı-istedadsız, bacarıqlı-bacarıqsız oyunçuları, daha doğrusu, aktyorları. Bu mənada avtobusun üzərindəki trafaretlə bağlı yazdıqlarımı, keçirdiyim hissləri aktyor oyunu saymayın. İnanın ki, mən həmin hissləri doğrudan-doğruya yaşadım və doğrudan-doğruya bir anlıq özümü Tuğa gedən avtobusun sərnişinləri arasında gördüm. Amma neyləyim ki, gerçək saydığım o bir an əslində reklamın mənə güc gəlməsi, məni öz təsir dairəsinə salması idi. Düşünürəm ki, həmkəndlilərimin ən azı 50 faizi mütləq bu təsiri yaşayıblar, bu təsirə düşüblər. Deməli, reklam şirkəti öz istəyinə çata bilib. Axı ona alıcı diqqəti lazım idi. O da bu diqqəti özünə çəkə bilib. Hətta mən o andan bir xeyli sonra marketlərin birindən həmin o "tuğ"dan birini aldım. Reklamda deyilənlər gerçək idi. Tuğ dadlı-duzlu idi. Amma "tuğ" Tuğ deyildi, heç onun həndəvəri də deyildi...
Hər kəsə öz yuvası doğmadı, öz ocağı istidi. Düşünməyin ki, mən kəndimi beləcə reklam edirəm, sevdirmyə çalışıram. Yox, o kəndin reklamını tarix özü edib. Heç bir təbliğatsız, heç bir təqdimatsız. Ən azı bu kənddə Mir Mehdi Xəzani, Üzeyir Hacıbəyov və daha kimilər, kimlər müəllim işləyibg
Hə, deyəsən reklam şirkətinin bazarına daxil oldum, haqqını tapdaladım. Amma neyləyim ki, bu məndən asılı olmadı. Əslində onlar mənim yaramın qaysağını qoparmışdı, mənim haqqımı tapdalamışdı. Mən də özümdən asılı olmadan, özüm də bilmədən, istəmədən gördüyüm həmin o anı yuxu bilmişdim, yuxu saymışdım. Əgər o hökmlü səs olmasaydı. Yəqin ki, mən o yuxudan ayılmayacaqdım və bu misraları diktə etməyəcəkdim.

Nə söz dedi, nə baxdı
Dan sökülür, sabahdıg
Perik düşüb nə vaxtdı -
Çağır yuxularımıg.

Oddu, yoxsa ocaqdı,
Dəlisovdu, qoçaqdıg
Şimşək kimi o çaxdı-
Ağır yuxularımıg

Gözümü bağlayıram
Nəm kiprik saxlayıramg
Hələ də ağlayıram -
Fağır yuxularımıg


***

Bütün bunlar bir anın, bir trafaretin, bir reklamın, kəsəsi, bir yaşamın qarmaqarışıq ifadəsi idi. Və mən həmin bu yaşananları yazmaya bilməzdim. Çünki həyat gerçəkliyi adamı həmişə divara söykəyir. Və sən o divardan canını qurtarmaq üçün mütləq gerçəyi etiraf etməlisən. Mən də heç bir qeyri-adi gücü olmayan, yazı yazmaqdan başqa əlindən bir iş gəlməyən bir Allah bəndəsi kimi həmin o bir anın təsirindən çıxmaq məcburiyyətində idim. Yəni divardan qopub ayrılmaq bir insan olaraq mənim də haqqım idi və mən də o haqdan istifadə etdim. Necə alındı, necə baş verdi deyə bilmərəm. Amma tam səmimiyyətimlə deyim ki, bu cür ağrılı yaşantını heç kimə arzu etmirəm. Arzu etmək zorunda qalsam, onda öncədən pıçıldayaram ki:
- Ürəyi və əsəbləri zəif olanlar oxumasınlar!!!
Bu dünyanın hər üzünü görmək, hər qatına baş vurmaq bir ömürdə mümkün deyil. Çünki insan təkcə yazıb-yaratmaq ömrünü yaşamır. Onun çiynində yatıb-durmaqdan tutmuş, çörək yeməkdən ailə qayğısına, fizioloji tələbata qədər çox sanballı, ağır bir yük var. Yəni insan bu yükü də mənzil başına aparmalıdı. Ona görə də əvvəldə söylədiyim həmin o hər dəfə baş vurmaq üçün vaxt, ömür kifayət eləmirg
Bir gerçəklik də var: vaxtı, ömrü paylaşmaq, bölmək. Bax, bunun özü də bir ustalıqdı və məharət tələb edir. Mən ürəyimə yaxın buraxdığım, özümə yaxın bildiyim bir çoxunun vaxtla, zamanla necə vuruşduğunun şahidiyəm. Onlara bu mübarizəsində kömək edə bilmədiym üçün ancaq tamaşaçı lojasında əyləşirəm. Elə həmin əyləşdiyim yerdən də hərdənbir özümə də baxıram. Görürəm ki, sən demə, həyatın əksər səhifələrində, əksər məqamlarında trafaretlər böyük işlər görür. O qədər böyük işlər ki, o işlər adamın ürəyini partladır. Özü də izinsiz-filansız, haqlı-haqsızg
Mənim içində olduğum həmin o durumun pik nöqtəsində telefonuma mesaj gəldi:
- Gözləmə! Gedə bilməyəcəm, bir iş çıxdıg
Bu mesaj təsadüf deyildi, bu mesaj həyatın real üzü idi. Elə bir üzü ki, bizlər onu yaşayırıq, onu yaşamağa məhkumuq. Çünki biz indi daha çox güzəran ovundayıq, çörək ardınca qaçırıq. Özü də təkcə yemək üçün yox, həm də yaşayıb yaşatmaq üçün.

Gözləmə
Yolunu davam et
Mənsiz get
Mən bu gün
Daşdan çörək çıxaracam
Ürəyimin
Qoluna girib
Çörək qapısına aparacam
Bəlkə də
Fələk qapısıdı bug
Əlim
Cibimdə utanır
Gözlərim
Uşaqlarımın gözlərində
Sən
Gerçəyi gör
Gerçəyə bax
Sətiraltı heç nə axtarma -
Bu çılpaq sözlərimdəg
Bir də indi daşdan da
Çörək çıxarmaq olmur
Sahibi icazə verməsə
Axı karxanalar
Dədə mülküdü
Bizlər isəg
Hər nəysə!..

Hə, "tuğ" avtobusda hər gün hərəkət edir, Bakını gəzib dolaşırg "Tuğ" ekrandan özünü göstərir. Tamaşaçı ağzını ləzzətlə marçıldadır. Mən isə Tuğa gedə bilmirəm. Heç ora avtobus da getmir!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV