adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2014 21:33
7027
MƏMLƏKƏT
A- A+

Allah buna görə bizə kömək etmir?

İnsanlar tez-tez soruşurlar ki, tam ümidsizlik və səfalət dövründə niyə Allah müsəlmanlara kömək etmir?

Niyə dünyamızda bu qədər qəddarlıq və vəhşilik var? Bəziləri hətta daha da irəli gedərək soruşurlar ki, bütün bu mənasız qırğınlarda Allah hardadır?

"Qafqazinfo”nun xəbərinə görə, islam.az saytı əməkdaşlarınınn fikrincə, bütün bu təkrar köhnə suallara cavab var: tək müsəlman dünyasında bu qədər müxrəlif sərvətlər olduğu halda niyə Allah insanların vəziyyətini yaxşılaşdırmalıdı, bir halda ki, özləri istəmirlər. Allaha və bütövlükdə İslama qarşı yönəlmiş bu suallara cavab olaraq aşağıdakı şəkil kifayət edər.

Qətər 2022-ci il Futbol üzrə Dünya Çempionatının keçirilməsi üçün 220 milyard dollar xərcləyir.

Bu, əvvəlki 5 çempionata xərclənən məbləğdən 4 dəfə çoxdur.

Zahirdə insan belə fikirləşir ki, dünya çempionatı üçün bu qədər pul ayıran bir dövlət fəhlələrə yaxşı maaş da ayırır. Fikirləşirsən ki, bu qədər sərvəti olan qətərlilər ən azından dünya çempionatı üçün bu ölkəyə cəlb edilmiş minlərlə hindistanlı işçilərin ilk növbədə layiqli maaşlarını verirlər. Lakin statistikaya əsasən, bu gün Qətərdə stadion kompleksləri tikən yüzlərlə fəhlə ağır, dözülməz şəraitdən dünyalarını dəyişir. Bir çoxlarının normal ev şəraiti və ya normal iş saatı yoxdur. Ərəbistan yarımadasının qızmar günəşi altında işləmək isə ağlagəlməz dərəcədə ağırdır.

İnsan oxuyanda ki, Qətər filippinli ev xadimələrinin maaşlarını 400 dollara qədər artırmaqdan imtina edib, bu məlumatlar sillə effekti verir. Filippinli xadimə Qətərdə ayda 200 dollar qazanır, bunun müqabilində bəzən tam həftəni, istirahətsiz işləyir.

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının məlumatına görə, bir çox xarici işçilərin Qətərdə üzləşdikləri şərtlər 21-ci əsrin quldarlığı kimi xarakterizə oluna bilər.