adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyul 2014 18:49
11679
SİYASƏT
A- A+

Jirinovski Azərbaycanı təriflədi

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24” telekanalına müsahibəsində Ukraynadakı son hadisələri şərh edərkən, Azərbaycanın MDB ölkələri arasında müsbət nümunə olduğunu bildirib.

"Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib" – deyən Jirinovski ölkənin bu cür sürətli inkişafı Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti kimi qiymətləndirib. "Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.

Jirnovski Azərbaycanın müstəqil siyasət yeritdiyini, heç bir ölkə qarşısında öhdəlik götürmədiyini də vurğulayıb, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini də bildirib. Jirnovski rusları Azərbaycanın turizm mərkəzlərindən də istifadə etməyə çağırıb.