adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Iyul 2014 16:23
6992
GÜNDƏM
A- A+

İlham Əliyev iki prezidentə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev əlcəzairli həmkarı Əbdüləziz Buteflikaya başsağlığı verib.

Adalet.az-ın məlumatna görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, "Air Algerie” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlət başçısı həmçinin Fransa prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.
"Hörmətli cənab prezident, "Air Algerie” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə məktubda bildirilir.