adalet.az header logo
  • Bakı 19°C

“Dütdülü”yə sevinmək vaxtı deyil, əziz “Neftçi”

9608 | 2014-07-25 15:54

Jurnalistikanınməqsədi cəmiyyəti düzəltməkdi. Kimimiz tənqid, kimimiz təriflə bu nəticənialmaq istəyirik. "Neftçi" üzərindən istədiyimə çatdım. Ancaq bəziiradlarımı hələ də geri götürmürəm. "Neftçi" zəif oyunu ilə çoxuzaqlara gedə bilməyəcək. "İnter"-in məğlubiyyətinə üzüldüm."Qarabağ"ın böyük hesabla qalib gəlməsi bizə böyük fərəh verdi. Ancaqbu komanda da o sürəti ilə çətin ki, mənzil başına birinci çata. İndi sürət əsridi,yeriyirlərsə qaçmalısan, qaçırlarsa uçmalısan.

Avropa Liqası IItəsnifat mərhələsinin ilk oyununda Azərbaycan kubokunun qalibi "Neftçi”ninSloveniyanın "Koper” klubun 1:2 hesabı ilə uduzmasının ardından sərt ifadələrlədolu yazım oldu. Cavab qarşılaşmasında "Neftçi” iki cavabsız top vuraraq növbətimərhələyə çıxdı.

Deyirsiz tənqideləmək olar, tərifləmək yox?.. Əlbəttə tərifləmək də olar. Sadəcə hələ tezdi.Biz çox gecikmşik. Bir qələbə ilə bayram olmaz. Bizim taylarımız çoxdan turnirlərin,çempionatların qalibi olublar. "Dütdülü”yə sevinmək vaxtı deyil. Həqiqətənfutbolumuz axsayır. Min səbəb söyləmək olar. Əsas səbəb isə sevgisizlikdi.Əzmkarlıq yoxdursa, deməli, sevgi yoxdur. Xaricilər heç vaxt bizim komandanısevməyəcək. Onlar muzludurlar, pullarını alıb oyanayacaqlar. Özfutbolçularmızın yetişməsi ehtimalı isə hər gün sürətlə sıfıra yaxınlaşır.

Təfəkkür amilidə var. Yeniyetmə futbolçu istedadı sayəsində gəlib böyük bir komandaya çıxır.İki qol vurandan sonra ev alır, maşın alır, olur varlı-karlı biri. Dünənə qədərket almağa pulu olmayan adamın ən böyük arzusu mütləq pul olmalıdı. İki qolvuraraq arzusuna çatıb. Karyera sözü ona yaddı. Düşünsün ki, burda yaxşı oyungöstərsin, avropa mütəxəssislərinin diqqətini cəlb etsin və gedib xaricdəoynasın, bu absurd olar. Niyə düşünməlidi? Azərbaycanda insan dünyaya yeməküçün gəlir. Yeyir də... ayı çıxır 10-15 minə, axırıncı model avtomobili, supertəmirli evi. Bir-iki ildən sonra obyekti də olur, daha itirəcək qorxusu qalmır.Olmasın futbol.

Adlar çəkə bilərəm.Şəxsən neçə belə futbolçu tanıyıram. Bizdə futbol, ümumiyyətlə idman kasıblığındaşını atmaq üçündü.

"Neftçi” qədeş,kifayət qədər varlanmısan, daha belində daş-maş da yoxdu. Sürət götür, yeriyirlərsəqaç, qaçırlarsa uç. Gözün geridə qalmasın, qarşına bax gör qabaqda nə qədərkomandalar var. O komandaların hər oyunçusunun pulu bizim futbolumuzun büdcəsindənçoxdu. Fərqimiz təfəkkürdədi. Onlar dəqiq bilirlər ki, yemək yaşamaq üçündü. Vəyaşamaq da futbol üçün.



TƏQVİM / ARXİV