adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Iyul 2014 15:48
5123
SİYASƏT
A- A+

Müsavatın qurultayında nizamnaməyə dəyişiklik edilə bilər

"Müsavat Partiyasının qurultayında başqanlıqla bağlı nizamnaməyə dəyişiklik edilə bilər. Ancaq İsa Qəmbər bəyan edib ki, nizamnamənin müvafiq maddəsi - bir nəfərin iki dəfədən artıq seçilməsi məsələsi dəyişdirilsə belə, o, yenidən başqanlığa namizədliyini irəli sürməyəcək”.
 
Bunu APA-ya açıqlamasında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli deyib.
 
M. Hacıbəyli bildirib ki, nizamnamədəki "bir nəfərin iki dəfədən artıq seçilməməsi” müddəasının dəyişdirilməsi ilə bağlı partiyada kifayət qədər müzakirələr olub, təkliflər verilib, hər bir təklif ətrafında da geniş fikir mübadiləsi aparılıb: "Prinsipcə, bu məsələ qurultayın səlahiyyətindədir və səsverməyə çıxarıla bilər. Bununla bağlı, təkliflər də var. Ancaq rəylər artıq bəllidir. Ümumiyyətlə, Müsavat Partiyası Azərbaycana bir sıra yeniliklər gətirib. İlk dəfə olaraq, partiyada qadınlara kvota ayrılıb, yetərsayın aşağı salınması barədə qərar qəbul olunub. Eyni zamanda biz bir nəfərin iki dəfədən artıq seçilməməsi ilə bağlı müddəanı da tətbiq edirik. Artıq bir neçə ildir ki, Müsavat Partiyasında rayon təşkilatlarının sədrliyinə və digər vəzifələrə bir nəfər iki dəfədən artıq seçilmir və növbəti qurultayımızda bu, başqan məsələsinə də aid olacaq”.