adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Iyul 2014 14:36
4302
MƏMLƏKƏT
A- A+

Əhaliyə göstərilən xidmətin göstəriciləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 min 206 nəfər vətəndaşa sosial-məişət xidməti göstərilir.

ƏƏSMN-dən verilən məlumata görə, bu ilin 6 ayı ərzində 88 nəfər Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib və hazırda bu müəssisələrdə ümumilikdə 1025 nəfər tam dövlət təminatındadır.

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün 3 saylı və 7 saylı internat evlərindən 13 nəfər ailələrinə verilib.

Hesabat dövründə rayon (şəhər) ƏSMM-lərinin Sosial-məişət xidməti sektorları tərəfindən 11007 nəfəri 70 yaşdan yuxarı, 2199 nəfəri 70 yaşdan aşağı olan ümumilikdə 13206 nəfərə evlərində sosial-məişət xidməti göstərilib.

Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər. 

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.