adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Iyul 2014 10:37
8928
KRİMİNAL
A- A+

Şəmkirdə tanışlar bir-birini bıçaqladı -1 ölü, 1 yaralı

Şəmkirdə qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.

E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.