adalet.az header logo
  • Bakı 13°C
25 Iyul 2014 10:00
10292
KRİMİNAL
A- A+

Ot tayasından yıxılan 73 yaşlı kişi 4 gün yaşadı

Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ)APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsgəndərov iyulun 20-də evinin həyətyanı sahəsində yığılmış ot tayasına nərdivanla çıxarkən ehtiyatsızlıqdan yıxılıb.

Qapalı kəllə-beyin travması alan H. İsgəndərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. H. İsgəndərov iyulun 24-də xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.