adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Iyul 2014 09:47
7386
DÜNYA
A- A+

Ukraynanın Baş naziri istefa verdi

Ukraynada gözlənilməz siyasi hadisə baş verib. Ali Radanın bu gün keçirilən iclasında Baş nazir Arseni Yaçenyuk istefa verdiyini bəyan edib.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, bu addım ölkə siyasi gündəmində əsl şok effekti yaradıb.

Qeyd edək ki, ekspertlər hökumət başçısının istefasını bir neçə məqamla izah edirlər. Əsas nüanslardan biri kimi Nazirlər Kabinetinin həyata keçirmək istədiyi islahatların Prezident Administrasiyası və Parlament tərəfindən dayandırılması, digər variant kimi ölkə Konstitusiyasına əsasən parlamentdəki əsas fraksiyaların buraxılması göstərilir. Parlamentin buraxılması qərarı bir ay ərzində yeni seçkilərin keçirilməsi istəyi ilə izah edilir.

Ukrayna Daxili İşlər naziri Arseni Avakov bu arada öz Feysbuk səhifəsində parlament seçkilərinə qədər hökumətə Vladimir Qroysmanın rəhbərlik edəcəyini qeyd edib. Nazir internet üzərindən yeni Baş nazirə uğurlar arzulayıb.