adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyul 2014 18:15
12934
MƏMLƏKƏT
A- A+

Azərbaycanlı jurnalistlər Gürcüstana gedəcək

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə "Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə həyata keçiriləcək.

 

Layihə avqustun 1-4 tarixlərində reallaşdırılacaq.

Layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən KİV-də Gürcüstanın mədəniyyəti, tarixi, inkişafı ilə Azərbaycan oxucusunu tanış etməkdir.

 

Səfər çərçivəsində jurnalistlər üçün Gürcüstanın bir sıra şəhərlərinə, tarixi yerlərinə ekskursiyalar, Gürcüstan-Azərbaycan münasibətləri mövzusunda konfranslar təşkil olunacaq.

 

Bir sıra dövlət idarələrində, həmçinin Gürcüstanın Gənclər və İdman Nazirliyində dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət xadimləri, Gürcüstanda yaşayan azərbaycanlılarla "dəyirmi masa” ətrafında görüşlər keçiriləcək.

 

Layihənin sonunda yığılan materiallardan ibarət broşurlar, video çarxlardan ibarət toplu hazırlanacaq və təqdimatı keçiriləcək.