adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Iyul 2014 16:49
8337
SİYASƏT
A- A+

İraqa yeni prezident seçildi

İraq parlamenti bugünkü iclasında ölkəyə yeni prezident seçib.

Türkiyə KİV-nə istinadən verdiyimiz xəbərə görə İraqın Kürd Muxtariyyətinin tabeliyindəki siyasi partiyaların vahid namizədi olan Fuad Məsum ölkəyə prezident seçilib.

Kürdüstan Yurtsevərlər Birliyinin Politbüro üzvü 76 yaşlı Fuad Məsumun keçmiş prezident Cəlal Təlabaninin uşaqlıq dostu olduğu bildirilir.

Məlumatlara görə Cəlal Təlabinin Fuad Məsum üzərində böyük təsirləri var.

Bu mənada onun Təlabani siyasi kursunu davam etdirəcəyi haqqında şərhlər verilir.