adalet.az header logo
  • Bakı 12°C
24 Iyul 2014 16:22
8007
İDMAN
A- A+

Vüqar Həşimova heykəl qoyuldu - Fotolar

Bu gün Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun abidəsinin açılış mərasimi olub.

Adalet.az lent.az-a istinadən  məlumt verir ki, tədbirdə ilk olaraq söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib: "Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki. Vüqara oxşasınlar."

Daha sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: "İlk olaraq Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacayıq."

Qeyd edək ki, bürüncdən olan abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.