Yazının başlığını oxuyan diqqətli oxucu dərhal söhbətin nədən getdiyini anlayıb üz-gözünü turşudacaq, qaş-qabaq sallayacaq. İlk ağlına da gələn bu olacaq ki, problemlərin göydən xəzəl kimi ələndiyi, qayğıların xirtdəyə çıxdığı bir vaxtda başağrısı xəstəliyini də dilə gətirmək heç yerinə düşməyən bir cəhddir. Hətta ola bilsin ki, bunun üçün məni qınayan da olsun, heç yazdığımı oxumasın da. Amma bütün bunları gözümün altına alıb mən başağrısını yazıram...
Son vaxtlar müəyyən səbəblərlə bağlı paytaxt xəstəxanalarında tez-tez oluram. Elə dünən də Nağıyev adına Təcili Yardım Xəstəxanasındaydım. Saat ona on dəqiqə işləmişdi, necə deyərlər, iş indi-indi başlayırdı. Təbii ki, xəstəxanalarda iş saatı elə bir ciddi qanunlarla nizamlanmayıb. Birinci, ona görə ki, xəstələnmə halları saatla müəyyənləşmir. İkinci də əgər xəstə gəlibsə və yaxud gətirilibsə onu həkim qəbul etməlidir. Ona görə də saat məsələsini mən elə-belə sözgəlişi dilə gətirdim ki, sadəcə mənzərəni bir az da geniş təqdim edə bilim və hər kəs onu gözləri qarşısında canlandıra bilsin.
Bizim Xocavənd rayonunun 9 minə yaxın əhalisi var. Bunlar təbii ki, Azərbaycan millətindən olan soydaşlarımdı. İndi təsəvvür edin ki, dünən səhər-səhər həmin o Nağıyev adına Təcili Yardım Xəstəxanasında olduğum 45 dəqiqə müddətində öz rayonumdan olan 20-dən artıq tanışla, həmyerliylə hal-xoş etdim və bir anlıq mənə qəribə gəldi, görəsən bu insanlar birdən-birə niyə bu qədər azar-bezar aludəçisi olub və yaxud hardan tökülüb bu qədər ağrı-acı bu adamların canına. Doğrudan da bir anlıq keçmişi xatırladım. Düşündüm ki, yayın qorabişirənində pambıq sahələrində, üzüm bağlarında, ümumiyyətlə, təsərrüfatın müxtəlif sahələrində yorulmaq bilmədən qan-tərə bata-bata işləyən, özü də müxtəlif kimyəvi dərmanların göydən təyyarəylə, yerdən isə müxtəlif texnikayla üst-başlarına ələndiyi bir vaxtda bu adamların bəzən heç aylarla başı da ağrımırdı. Amma indi hansı birinin böyründən iynə ucu boyda bir meh keçirsə sətəlcəm olur.
İndi hamı cibində təzyiq dərmanlarını, "Volokordin"i, "Tempalqin"i və digərləri ni elə bil konfet kimi gəzdirir. Marşruta minirsən yanındakından "Volidol" iyi gəlir, parka düşürsən adamlar əsməcəli təsiri bağışlayır sənə. Elə xəstəxanada gördüyüm adamlar da mitinqçilərə oxşayırdılar. Ardı-arası kəsilmədən hamısı içəridən çölə, çöldən içəriyə axışırdılar. Həkimlər də ki, heç nə olmamış kimi bir ucdan hərənin diaqnozunu üzünə oxuyur, reseptini yazır, tanış apteklərə göndərir, kəsəsi, öz işlərini görürlər... Bunlar bəlli. Bəs səbəb?
Səhər-səhər evdən çıxanda uşaqlar hərəsi bir sifariş verdi, kimi meyvə istədi, kimi qarpız-yemiş, balaca qız isə ayaqqabı. Özü də "şəpit" dedi adına. Başa düşdüm nə istəyir, evin xanımı da qəndi-çayı, çörəyi dilə gətirdi. Sağollaşmaq istəyəndə kartof yadından çıxmasın dedi. Səsimi çıxarmadım, çünki axırıncı tapşırıqlar böyük yerdəniydi, özü də hamıya dəxli vardı.