ABŞ səfiri Rusiya səfirinin hədiyyəsini rədd etdi
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasim keçirilib.
AzNews.az-ın məlumatına görə, səfirin Badamdar qəsəbəsində yerləşən iqamətgahında baş tutan mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının az sayda nümayəndələri də qatılıb.
Tədbir bir sıra maraqlı və təəccüblü məqamlarla yadda qalıb.
Belə ki, diplomatik korpus adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim edilməsi gözlənilməz olub.
Diplomatlar hədiyyənin ABŞ səfirinə iki ölkə arasındakı hazırkı gərgin dövrdə məhz rusiyalı həmkarı tərəfindən təqdim etməsinə təəccüblərini gizlədə bilməyiblər.
Tədbirdə iştirak edən bəzi səfirlər bunu Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndiriblər.
ABŞ səfirinin sonrakı addımı isə daha gözlənilməz olub. Belə ki, Riçard Morninqstar rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməklə Vladimir Doroxini nümayişkaranə şəkildə pərt edib. ABŞ səfiri bəyan edib ki, o, bu hədiyyəni Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaq evlərindən birinə təqdim edəcək.
Diplomatlar və ekspertlər Rusiya və ABŞ səfirləri arasındakı hədiyyə "oyununu” ölkələr arasında bir-birinə verilən siyasi ismarış kimi dəyərləndiriblər.
Digər Xəbərlər
29 Mart 2024 11:15
Spiker İsveç səfərindən DANIŞDI
29 Mart 2024 11:01Milli Məclisin iclası başladı: 21 məsələ müzakirə olunacaq
28 Mart 2024 20:51Azərbaycana qarşı informasiya təxribatı davam edir - Ülvi Quliyev yazır...
28 Mart 2024 19:22"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair öhdəlik protokolu imzalandı
28 Mart 2024 19:14