adalet.az header logo
  • Bakı 16°C
24 Iyul 2014 13:48
4706
SİYASƏT
A- A+

Qanun Nəşrlər Evi növbəti yarmarkasını keçirəcək

26-29 iyul tarixlərində Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə QANUN Nəşrlər Evinin endirimli kitab yarmarkası keçiriləcək. 

Yarmarka iki ünvanda – Hüseyn Cavid və Zabitlər parklarında baş tutacaq. 

Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq. Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar – dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boylamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək. Kitab yarmarkasının keçirilməsində məqsəd yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmaqdır.