adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2014 12:53
4101
HADİSƏ
A- A+

FHN əməkdaşları onu özünü öldürməyə qoymadı

Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə İnşaatçılar prospekti-4 ünvanında qeydə alınıb.

1980-ci il təvəllüdlü Tərlan İsgəndərov intihar məqsədi ilə 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinə çıxaraq intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan əməkdaşları vətəndaşla söhbət edərək, onu fikrindən daşındırıblar.

Hadisə yerində olan polis əməkdaşı bildirib ki, intihara cəhd edən şəxs gözdən əlildir və pensiyasını ala bilmədiyi üçün intihar etmək istəyib.