adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Iyul 2014 12:31
5533
DÜNYA
A- A+

İhsanoğluna qarşı sui-qəsd hazırlanır-Özü deyir

Türkiyə hakimiyyəti qohumlarımın müxtəlif millətlərə mənsub olmasını əsas gətirərək, məni hörmətdən salmağa çalışır.

Bunu CNN Türk kanalına müsahibəsində Türkiyə prezidentliyinə namizəd Ekmeleddin İhsanoğlu deyib.
İhsanoğlunun sözlərinə görə, ona qarşı sui-qəsd hazırlanır: "Mənim gəlinimi erməni, anasını isə rus adlandırdılar. Onların başqa millətə aid olmasında nə var ki? Mən onların sözlərinə cavab vermədim”.

Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident seçkilərində 3 namizəd – hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğan, CHP tərəfindən namizədliyi irəli sürülmüş Ekmeleddin İhsanoğlu və HDP sədri Səlahəddin Dəmirtaş mübarizə aparacaqlar.