adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Iyul 2014 12:18
4767
SİYASƏT
A- A+

Prezidentlər görüşə bilər

 Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının növbəti toplantısında görüşə bilərlər. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 22-də Brüsseldə keçirilən Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” proqramının 5-ci iclasından sonra jurnalistlərə açıqlamalarında bildiriblər. Həmsədrlər görüşlə bağlı məsələnin hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirə etdiklərini deyiblər: "Son durumlar ölkə liderlərinin görüşünü şərtləndirir. Bu məsələ də müzakirələrdə əksini tapdı və təklif olundu ki, liderlər BMT-də görüşsün”,- deyə həmsədrlər qeyd edib.