BMT Azərbaycana qiymət verdi
BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı indeksi hesabatı-2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.
Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən bu sənəd hazırlanarkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.
Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsvecrə, ABŞ tutub. Bu sıralama 2013-cü ildəki vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilib.
BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşıb. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.
Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15,725 dollar təşkil etdiyi bildirilir.
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50