adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyul 2014 12:00
4197
HADİSƏ
A- A+

Bakı Metropoliteninin axtarışda olan əməkdaşı tutulub

Bakıda axtarışda olan şəxs tutulub.Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.
 
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya bildirilib ki, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi-19, mənzil 31-də pasport qeydiyyatında olan, Abşeron rayonunda yaşayan "Bakı Metropoliteni” QSC-də  stansiya növbətçisi işləyən,  1971-ci il təvəllüdlü Seymur Eldar oğlu Məhərrəmov tutularaq Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təhvil verilib.