adalet.az header logo
  • Bakı 19°C
24 Iyul 2014 11:37
6875
MƏMLƏKƏT
A- A+

Rafiq Əliyev ABŞ-da mükafata layiq görülüb

Azərbaycanlı alim Rafiq Əliyev ABŞ-ın ən nüfuzlu "Lifetime achievement award” ("Dünya elmində ömürlük nailiyyət”) mükafatına layiq görülüb. 

Teleqraf.com xəbər verir ki,  mükafat sentyabrın 2-də Parisdə təqdim olunacaq.  "Lifetime achievement award” mükafatı elm və incəsənət sahəsindəki kəşflərə görə verilir.  2000-ci ildə bu mükafatı Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə alıb.  R.Əliyev  ”Qərar qəbuletmə nəzəriyyəsi", "Qeyri-səlis məntiqin inkişafında görülən işlər”, "Soft-komputinq istiqamətində xidmətlər” elmi araşdırmalarına görə seçilib.   "Lifetime achievement award” ABŞ-da elmi nailiyyətlərə görə alimə verilən ən yüksək mükafatdır. Bu günə qədər mükafat incəsənət sahəsi üzrə  "Beatles" qrupu, Elvis Presley, Maykl Ceksona verilib.