adalet.az header logo
  • Bakı 19°C
23 Iyul 2014 20:04
5031
MƏMLƏKƏT
A- A+

“Moskva Univermağı” yanğına görə sığorta ödənişi aldı

Bu ilin martın 14-də yanğın baş vermiş "Moskva Univermağı”na sığrta ödənişi edilib. Univermağın sığortaçısı olan "Azsığorta” şirkətindən fins.az-a verilən məlumata görə, adı çəkilən ticarət mərkəzinə daşınmaz əmlakın icbari sığortası üzrə 24 000 manat pul ödənilib. Şirkətdən bildirilib ki, bu ödəniş univermağın binasına dəyən zərərə görə kompensasiyadır.

Xatırladaq ki, mart ayının 14-də "Moskva Univermağı”nda baş vermiş yanğın nəticəsində qızıl, geyim malları və mebel satışı ilə məşğul olan sahibkarlara 800 min manatdan çox ziyan dəyib. Ancaq sahibkarlar əmlaklarını sığorta etdirmədiklərinə görə sığorta ödənişi ala bilməyiblər.