adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏHMƏDLiDƏ NƏ VAR, NƏ YOX?

OQTAY SALAMOV
26092 | 2007-07-10 03:57
Başlığı oxuyan kimi əhmədlilərin kimdənsə fağır, zəif, fərasətsiz olduğunu düşünməyin. Elə kənd Əhmədli də, qəsəbə də özünün vurub-tutan, oxuyub oynayan, kommersant, orta məktəb müəllimi, taksi şoferləri kimi oğulları ilə Bakının digər məhəllə, kənd və qəsəbələrindəkilərdən heç də az deyil. Amma müqayisə eləmişəm və görürəm ki, Əhmədlidə elmi kəşflər, alimlər sayında bir az kəmlik var. Papağımı fırlayıb lap dərindən düşünəndə gördüm ki, Xətai rayonunda (Əhmədli bu rayona baxır, yəqin ki, bu rayon da Əhmədliyə baxır, ən azından baxmalıdır) ali məktəblərə qəbul olunanların sayı başqa rayonlara nisbətən daha çoxdur, məktəblərdə təhsilin vəziyyəti də müqayisədə heç də pis deyil. Bəs onda nədən Əhmədlidə alim sarıdan kasadlıqdır?
   
   Bu qəliz məsələnin cavabını tapmaq üçün lap qədimlərə baş vurdum, elmi kəşflərin necə, hansı şəraitdə baş verdiyini öyrənməyə başladım. Və Əhmədlidə elmi kəşflərin, ixtiraların, alimlərin niyə az olması mənə gün kimi aydın oldu, deyim, siz də bilin.
   
   Arximed haqda hamınız eşitmisiniz, Sirakuza şəhərinin başçısı (bilmirəm onda mer deyirdilər, bələdiyyə başqanı deyirdilər, rəis deyirdilər- hamısı bir konfetdir) çox mürəkkəb formada hazırlanmış tacını Arximedə verib deyir ki, yoxla görüm bu təmiz qızıldır, yoxsa zərgər mənə atıb.Tacı əritmək olmazdı. Arximed bir neçə gün məsələ ətrafında baş sındırır və bir gün hamamda vannaya girəndə suyun daşdığını görüb "Evrika", yəni "tapdım" bağıraraq sabunlu-sabunlu hamamdan bayıra atılır. O kəşf edir ki, hər bir cisim, öz sıxlığına uyğun miqdarda suyu sıxışdırır. Bir sözlə, su Arximedi ölümdən qurtarır və dünya şöhrətli alim edir. Əhmədlidə su qrafiklə, həm də ona riayət olunmamaqla verildiyi üçün, oradan Arximed çıxmayacaq. Amma su və digər çatışmazlıqlar haqqında yığışıb çoxlu danışdığımız, şikayətlər elədiyimiz üçün çox qəşəng meyxanaçılarımız var.
   
   Nyutonun Yerin cazibə qanununu hansı şəraitdə kəşf elədiyi yadınızdadır? Alma ağacının dibində oturub fikrə gedibmiş, birdən təpəsinə bir yekə alma düşür. Düşünür ki, ayə, bu alma ağacdan qopub niyə göyə uçmadı. Düşünür, düşünür və tapır ki, Yerini cazbə qüvvəsi var. Əhmədlidən ömür-billah Nyuton çıxmaz. Bağları söküb yerində göydələnlər tikirlər, alma da qızıl qiymətində, özün qıyıb başına vurmazsan, qonşular da balkondan o qiymətə aldıqları almanı lap düşmənçilikləri olsa da, adamın başına atmazlar.
   
   Əhmədlidən Mendeleyev də çıxmaz. Bilirsiniz də, kimyəvi elementlərin dövri cədvəlini yuxuda görmüşdü. Əhmədlidə ağcaqanad və küçə itlərinin əlindən adam kimi yuxulamaq mümkün olmadığı üçün, ən yaxşı halda Mendeleyevin daha vacib bir kəşfi- araq haqda yuxular görmək olar. Dediyim kimi, Əhmədlidə farasətli oğlanlar çox olduğu üçün, ərazidə şərab zavodu olmasa da, dükanlarımız özümüzün istehsalı olan araqlarla doludur. Bircə pis iş var ki, öz adımızı yazmağa qoymurlar, biz də "Nemirov", "Xlebnaya doroqa", "Xlebnaya sleza", "Russkiy razmer"... yazmağa məcbur oluruq.
   
   Amma elə bilməyin ki, Əhmədlinin elə hər sahədə kasadlığı var ha. Müsbətləri də var, özü də lap çoxdur. Məsələn, Əhmədli camaatı Azərbaycan əhalisi arasında ən az böyrək və sidik kisəsində daşın olmaması ilə fərqlənir. Yollarımız elə gündədir ki, daş qələt eləyib hansısa kisəmizdə qalar, şoferlərimizin cibində maşın təmirinə verməyə qəpik-quruş da qalmır, kisədə daş qalar? O gün bir qızımızı gəlin aparmaq üçün limuzin tutmuşdular, sən demə "Belarus"a qoşulan limuzin daha gözəl görünürmüş. Amma bəy atasının heç ruhu yox idi, operatora "Belarus"u çəkməməyi tapşırırdı.
   
   Əhmədli camaatı gecələr yarasadan da yaxşı görürlər, bayquşdan da. Hava qaralandan sonra piyada bura gələn qonaq baş-gözünü partladar, hər yan zülmət içində olur. Amma bizimkilər öyrəşib, harada hansı budağın, hansı tində hansı çalanın olduğunu əzbər bilirlər.
   
   Əhmədlidə elin adət-ənənələrinə də böyük diqqətlə yanaşırlar. Bəlkə də indi Azərbaycanın ucqar rayonlarında da təzək yandırmırlar, bəlkə cavanlar heç təzəyin nə olduğunu da bilmirlər. Amma Əhmədlidə qaz, işıq olmayanda (Allaha şükür ki, bu sahələrin işçiləri adətlərimizi unutmağa qoymayaraq tez-tez bizi qazdan, sudan məhrum eləyirlər) təzək yandırırlar. Bu yanacaq məmulatı üçün uzağa getmək lazım deyil, elə həyətlərimiz mal tövləsinə oxşayır, yığ yandır...
   
   Əhmədlinin bir plyusunu da deməsəm haqsızlıq olar. Özü də bu plyusda xidmət sahəsinin, hökumətin,

TƏQVİM / ARXİV