adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2014 17:41
9375
ƏDƏBİYYAT
A- A+

Toy puluna kitab alıb maşında unudan yazıçı

Yazıçı Vahid Qazı Ağdamın düşmən tərəfindən işğalının 21-ci il dönümündə doğma yurdu ilə bağlı xatirələrini bölüşüb.Yazıçının xatirələri arasında ən maraqlısı "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin toyu ilə bağlı olduğunu nəzərə alıb onu sizlərlə bölüşürük: "Rəşad Məcidin toyu Ağcabədidəki evlərində olub. Orta məktəbi bitirmişdik, ya sonuncu sinifdəydik, dəqiq yadımda deyil indi. Atam toya yazdırmağa 50 manat vermişdi. Erkəndən gəlmişdik, toy hələ başlamamışdı. Aqil Abbas qolumuzdan tutdu ki, burda yaxşı kitab mağazası var, gedək. Dostlarla getdik, xeyli kitab seçib piştaxtanın üstündə qalaqladı. Pulunu hesabladıb mənə dedi: "Çıxart pulu ver, Ağdamda kitab bahadı". Çıxarıb düz 30 manat kitaba verdim. Üzə düşdüm, utandım, ta deyə bilmədim ki, pulum toyluqdu, kitablıq deyil. Onda Aqildən utanan vaxtlarım idi. Beləcə, pulun xeylisini kitaba verdim, bir azını da toya yazdırdım. Yaxşı kitablar idi, çoxu da Moskva nəşrləri. Heyf, onun maşınında qaldı. Aqil adama kitab qaytarar? Özü bağışlamasa, ondan kitab almaq mümkün olası iş deyil".


Ədil Ədilzadə