adalet.az header logo
  • Bakı 20°C
23 Iyul 2014 16:36
3175
GÜNDƏM
A- A+

Novruz Məmmədov Rusiya kanalını qərəzlilikdə suçladı

RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır.

Bunu  Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter səhifəsində paylaşdığı statusunda qeyd edib.

PA rəsmisinin qeyd etdiyinə görə, RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir.

"Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır” - deyə, N.Məmmədov daha sonra qeyd edib.