adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyul 2014 15:47
4481
HADİSƏ
A- A+

Qatar maşının üstünə çıxdı - Fotolar

Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011” markalı minik maşınının üzərinə çıxıb.

Adalet.az Milli.az-a istinadən xəbər verir ki, sistern "VAZ-21011”i sürüyərək bir neçə metr aparıb.

Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.

Qəzanın fotolarını təqdim edirik: