adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2014 15:41
3154
GÜNDƏM
A- A+

Aparıcının vəziyyəti daha da pisləşib - Həbsxanada

Tanınmış teleaparıcı, hazırda həbsdə olan İlham Mirzəyin səhhətində yaranmış problem bir qədər də ağırlaşıb. Bu barədə məlumatı AzNews.az-a teleaparıcının vəkili Adəm Məmmədov verib. Onun sözlərinə görə, İ.Mirzəyevin belində və boynunda yırtıqlar əmələ gəlib: "Hazırda o, tibb məntəqəsinə yerləşdirilib, müalicə olunur”. A.Məmmədov İ.Mirzəyevlə əlaqədar ölkə prezidentinə ünvanlanan müraciətlə bağlı da məlumat verib: "Edilən müraciətdən hələ bir xəbər yoxdur. Yəqin bu yaxınlarda nəticəsi olar. Çünki həmin müraciətə xeyli insan imza edib”.

Qeyd edək ki, İ.Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.