adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Iyul 2014 14:46
3403
SİYASƏT
A- A+

Milli Şuradan daha bir İSTEFA GÖZLƏNİLİR

Fəaliyyətinə son qoyulmuş Açıq Cəmiyyət Partiyasının keçmiş funksioneri, eks-spiker Rəsul Quliyevə yaxınlığı ilə seçilən Vaqif Mahmudov Milli Şura sıralarından gedəcəyini istisna etməyib. SİA-nın məlumatına görə, məsələyə münasibətini bildirən Vaqif Mahmudov deyib ki, o, faktiki olaraq Milli Şurada yoxdur və qurumun tədbirlərində də iştirak etmir: "Düzdür, bu qurumdan çıxmaq məqsədilə bəyanat verməmişəm, amma fikrim bəllidir. Orada iştirak etməməyimin ciddi səbəbləri var”.