adalet.az header logo
  • Bakı 12°C
23 Iyul 2014 13:24
7994
KRİMİNAL
A- A+

Bıçaqladılar

Bakıda 25 yaşlı gənci bıçaqladılar.

Bakı Şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, hadisə dünən R. Rza küçəsində yerləşən Xəqani bağının yaxınlığında baş verib. Bakı sakini 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

DİN BDYPİ və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev tutulublar.