adalet.az header logo
  • Bakı 12°C
23 Iyul 2014 12:00
3307
SİYASƏT
A- A+

Sərdar Cəlaloğludan gənclərə çağırış

ADP sədri Sərdar Cəlaloğlu ölkə gəncliyini tariximizi öyrənməyə, bu tarixə sahib çıxmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycan xalqı, onun mənafeyi uğrunda mübarizə ilk öncə onun tarixinə, mədəniyyətinə sahib çıxmaq, buna yiyələnməkdir: "İnsanlarımızı, xüsusilə də gəncliyi bu tarixə sahib çıxmağa, ona yiyələnməyə çağırıram. Tariximizə sahib çıxın. Bizi gələcəyə bu tarix apara bilər. Bu torpağı bizə qoyub gedən, onu qorumaq üçün öz canından keçən insanlar var. Bu insanları, onların xidmətini unutmaq olmaz. Bununla gələcəyə gedə bilmərik. Şah İsmayıl Xətai, Nadir şah, Səttərxan və  s. qəhrəmanlarımıza doğru yanaşmaq, onların xidmətinə düzgün qiymət vermək lazımdır. Əks təqdirdə, layiqli bir gələcəyə ümid etməyimiz əbəsdir”