adalet.az header logo
  • Bakı 16°C
23 Iyul 2014 00:34
7395
LAYİHƏ
A- A+

ERAMIZDAN YAŞLI... CAVAN ŞAMAXI

2014-cü ilin birinci yarısı rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin altı ayında rayonda 78 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon manatdan və yaxud 2,8 faizdən çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,6 milyon manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 28 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 26,6 milyon manat təşkil etmişdir. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 106,7 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22,4 milyon manat olmuşdur. 2014-cü ilin altı ayında rayon üzrə 319 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 10362 iş yeri yaradılmışdır ki, bunun da 7691-i daimi iş yeridir.

Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir

Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin altı ayı ərzində bu sahədə 17,1 mln. manatlıq məhsul istehsal edilmişdir.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlərimiz tərəfindən ilin üç ayında 10 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1627,5 hektara çatdırılmışdır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin altı ayında rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 36066 başa, xırdabuynuzlu heyvanların sayı 164428 başa, quşların sayı isə 270110 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət, süd və yumurta istehsalı ötən ilin müvafiq ayları ilə müqayisədə xeyli artmışdır. Arı ailələrinin sayı isə 4853-ə çatdırılmışdır.

Tikinti, abadlıq və quruculuq tədbirləri daha geniş miqyas alır

Bu ilin altı ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Ötən müddət ərzində rayonun abadlaşdırılması və əsas sosial problemlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş Soyqırım abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, pəncərə blokları yenisi ilə əvəz edilmiş və evlərin giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün hasarlar dekorativ üslubda üzlənmişdir. Həmin ərazidə piyadalar üçün səkilər çəkilmiş, asfalt-beton örtüyü vurulmuş və işıqlandırma sistemi quraşdırılmışdır. Abidənin ətrafında 800 m2 yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şamaxılıların uyuduğu Şəhidlər Xiyabanının əsaslı təmir və yenidənqurulması işləri davam etdirilmişdir. Belə ki, ilk növbədə ərazinin sürüşmə zonasında yerləşdiyi nəzərə alınaraq torpaq sürüşməsinin qarşısının alınması məqsədilə məzarların ərtafına 3270m2 10-15 sm qalınlığında beton verilmişdir. Hazırda beton verilmiş əraziyə üzlük daşlar döşənir. Şəhidlər Xiyabanının ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılmış, parkda 5000 min kv.metrə qədər yaşıllıq zolağı salınmış və 800-ə qədər yeni ağaclar əkilmişdir. Hazırda Şəhidlər Xiyabanında və yeni salınmış parkda işlər sürətlə davam etdirilir. Bakı istiqamətindən Şamaxı şəhərinə girişdə 200 metr məsafədə torpaq daşınaraq süni yamaclar qurulmuşdur. Hazırda yamaclarda yaşıllıq salınması və ağac əkilməsi işləri aparılır. Həmin əraziylə üzbəüz sahədə 1000 kv.metrə qədər yaşıllıq zolağı salınmışdır.
Şəhərdə son altı ayda salınmış yaşıllıq zolaqlarının qorunub saxlanılması məqsədilə Zoğalavayçay su anbarından şəhərin S.Ə.Şirvani küçəsinə və şəhərə giriş istiqamətində yerləşən qala divarlarına qədər 4000 p/m-ə qədər 60 və 50 mm-lik plasmas boru ilə texniki su xətti çəkilib istifadəyə verilmişdir. Cari ilin birinci yarımilliyində rayon icra hakimiyyətinin qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 900 kv.metr üzlük daş döşənmiş və 800 kv.metr yeni yaşıllıq zolağı salınaraq kollar və ağaclar əkilmiş, əraziyə işıqlandırma sistemi çəkilmişdir.
2014-cü ilin birinci yarısında şəhərin küçələrinin abadlaşdırılması və yenidənqurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin Azadlıq, A.Əhmədov, B.Əzizov, S.Bəhlulzadə, C.Məmmədquluzadə küçələrinə ümumilikdə 9000 kv.metr asfalt beton örtüyü vurulmuşdur. İşlər sürətlə davam etdirilir. 53 km-lik Şamaxı-Padarçöl avtomobil yolunda da ötən dövr ərzində işlər davam etdirilmişdir. Şamaxı şəhərinin küçələrinin işıqlandırılması məqsədilə altı ay ərzində xeyli işlər görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsindən şəhərin Ağsu istiqamətində yerləşən Gənclər Parkına qədər ümumilikdə 208 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Hazırda işlər davam etdirilir.
Bakı-Şamaxı magistral avtomobil yolunun 110-cu km-də M.Ə.Sabir qəsəbəsinin qarşısında abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, qəsəbənin qarşısından 200 metrlik məsafəyə torpaq daşınaraq süni təpələr yaradılmış və həmin təpələrdə yaşıllıq zolaqları salınaraq ağac və bəzək kolları əkilmişdir. Sabir qəsəbəsinin girişində yerləşən hasarlar yeni tametlə üzlənmişdir. Əraziyə bordürlər düzülmüş, piyada səkiləri salınmış və asfalt örtük vurulmuşdur. Magistral yol boyu yerləşən evlərin fasadları bəzək daşlarla üzlənmiş, dam örtükləri yenisi ilə əvəz edilmişdir. Qəsəbə ilə üzbəüz yerləşən Mərzəndiyə kənd qəbiristanlığının 260 metr hasarı sökülərək yenisi ilə əvəz edilmiş və dekorativ üslubda təzələnmişdir. Qəbiristanlığın girişi yeni layihəyə əsasən dəyişilmiş və bulaq kompleksi tikilmişdir. Ərazidə müasir işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.

(ardı gələn sayımızda)

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə