adalet.az header logo
  • Bakı 21°C
22 Iyul 2014 17:42
11022
MƏMLƏKƏT
A- A+

O dünya varsa, hamımız cənnətə düşəcəyik, əziz JURNALİSTLƏR

Sözün qurbanı olan jurnalistlərimiz var. Onlar həmişə var. Sözü qorumaq elə Allah olmağa bərabərdi. Deyirlər, birinci söz yaranıb. Kimsə yaradıb. Din deyir, Allah yaradıb, elm deyir, enerji. Biz deyirik, jurnalist yaradıb. Jurnalist yoxdusa, söz də yoxdu. İki yaradan var, bir Allahdı, biri jurnalist.

Qorxuram da deməyə, məntiqlə Allahı da jurnalist yaradır. Bir anlıq düşünək: yoxuq, kim yazacaq Allah var? Kim yazacaq analar Allahın yerdəki missionerləridi? Kim yazacaq o heykəldən, o rəsmdən, o bəstədən?... Yaradıcılığın şahı jurnalistikadı. Hər şeyi o yaradır. Onun uğurunda ölmək şəhidlikdi. İndi görərsiz, bütün jurnalistlər cənnətə düşəcək. Orda lazımıq. Kimsə cənnəti cəhənnəmdəkilərə təsvir etməlidi, ya yox. Cəhənnəmdəkilər necə gözəl nemətdən məhrum olduqlarını bilməlidi, ya yox? Biz ateistdən böyük ateist, dindardan böyük dindarıq. O dünyanın varlığından və yoxluğundan xəbərimiz yoxdu, maraqlı da deyil. Biz bu dünyanı qurmaq istəyirik. Əgər o dünya varsa, ürəyinizi buz kimi saxlayın, mənim əzizlərim, biz cənnətdəyik. Çünki niyyətimiz bu dünyanı qurmaqdı. Niyyətimiz mübarəkdi.