adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Iyul 2014 14:07
10722
GÜNDƏM
A- A+

Prezident parkda

Bu gün prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. 


"Qafqazinfo" xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Heydər Əliyev Parkında görülən abadlıq və quruculuq işləri barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.

Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilib və qeyd olunub ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel” ən yüksək standartlar səviyyəsində inşa olunacaq.