adalet.az header logo
  • Bakı 20°C
21 Iyul 2014 15:11
9710
SİYASƏT
A- A+

Xəyal Rza Əflatun Amaşovdan bir bənd şeir istədi

Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı olan ayb.az Mətbuat Şurasının bu gün keçirilən iclasında quruma üzv qəbul edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov ayb.az saytının operativliyini bəyəndiyini deyib: "Mən özüm də bu saytı müntəzəm olaraq izləyirəm. Hələ bir dəfə təşkil etdikləri "Bir Bənd Şeir” müsabiqəsinə şeirimi də göndərmişdim. Niyəsə qəbul etməmişdilər. Amma bilirəm ki, çox ədalətli saytdır. İstəyərəm ki, bununla bağlı münasibət bildirilsin. Gələcəkdə Mətbuat Şurasının bu saytla birgə layihələr həyata keçirməyinin də tərəfdarıyam".

Daha sonra səs verməyə qoyularaq, ayb.az Mətbuat Şurasna üzv qəbul edilib.

AYB.az saytının baş redaktoru Xəyal Rza Əflatun Amaşovun şeir müsabiqəsinə müraciət etməsindən xəbərsiz olduğunu bildirib:

"Görünür siz şeiri göndərəndə hansısa texniki problem baxımından bizə çatmayıb. Müsabiqəyə qatılmaq istəyən hər kəsin şeirinə imkan yaratmışıq. İndi "Ən Yaxşı Şeir” müsabiqəsini keçiririk. Xahiş edirəm, yenidən şeirinizi göndərəsiniz. Mətbuat Şurasına üzv qəbul edilməyimiz münasibətilə hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, iclasda Azərbaycan Yazıçılar Birliyinin daha bir orqanı - "Azərbaycan" jurnalı da Mətbuat Şurasına üzv qəbul edilib.