adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Iyul 2014 16:48
13218
MƏDƏNİYYƏT
A- A+

Hər deputata pul verildi - 3 min manatdan çox

Milli Məclisin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb.

Adalet.az-ın xəbərinə görə deputatlara məzuniyyətdə olduğu zaman onların müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilib. Belə ki, sıravi deputatlar 3150 manat, MM-in komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, Milli Məclis sədrinin birinci müavini 4050 manat, Milli Məclisin sədri isə 4500 manat müavinət alaraq tətilə gediblər.

Milli Məclisin payız sessiyası öz işinə sentyabr ayının 30-da başlayacaq.