adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2014 14:30
12258
GÜNDƏM
A- A+

Bir nazirlikdə aparat rəhbəri o biri nazirlikdə müavin oldu

Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov təhsil naziri Mikayıl Cabbarovun müavini təyin edilib.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibiİntiqam Hümbətov bildirib.

İ. Hümbətovun sözlərinə görə, F. Qurbanov uzun müddət Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

"O, təhsil sahəsi və nazirlik üçün kənar şəxs deyil, əvvəllər də bu sahədə çalışıb. Firudin Qurbanov prezidentin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib”, - deyə İ. Hümbətov bildirib.