adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Iyul 2014 12:44
19329
ƏDƏBİYYAT
A- A+

Hikmət Hacızadə Səməd Vurğunu təhqir etdi

Politoloq Hikmət Hacızadə 1937.az saytına müsahibəsində Azərbaycanın görkəmli şairi Səməd Vurğunu aşağılayan ifadə işlədib.

Adalet.az xəbər verir ki, müxbirin "məhəbbət deyəndə ağlınıza ilk nə gəlir” sualına cavabında H.Hacızdə belə deyib:

– "Leyli və Məcnun” gəlir. Onu mən burda açıb danışa bilmərəm. Bu barədə akademik kitablar yazılıb. Mən məhəbbət mütəxəssisi deyiləm, amma bu duyğu çox müqəddəs bir duyğudur.

Mən uşaq deyiləm, xeyli yaşım var,

Bilirəm söz nədir, məhəbbət nədir?

Mənim könül adlı bir yoldaşım var,

Könülsüz bir həyat bir viranədir!..

Bu da Səməd Vurğunun bir axmaq şeiri...

Saytın əməkdaşı ondan Səməd Vurğuna münasibətini də soruşub. Cavab belə olub: "Çox pis, çox pis. Səviyyəsiz bir şairdir”.