Yazının başlığını oxuyanda kim nə fikirləşəcək, mənə heç bir dəxli yoxdur. Ən vacibi odur ki, mən bu yazını yazmaq qərarında israrlıyam və nəyə görə də yazdığımı özüm çox gözəl bilirəm. İkincisi, yazını Tofiq abiyə ünvanlamağımın da səbəbini özüm çox gözəl bilirəm. Və bu qısa girişdən sonra keçək mətləbə. Mətləb də ibarətdi sizin oxuyub (bəlkə də oxumayıb) bir kənara qoyacağınız "Ədalət" qəzetinin kollektivi və bir də buradakı mühit barəsindəki bilgidən...
Artıq 17 il tamam olur. Barmaq hesabı günlər qalıb və 17 ildir ki, "Ədalət" qəzeti bu zamanın axınında öz seriallarını yaradır. Öz sifəti, öz yolu, öz ssenarisi olan seriallarını. Bu serialların çoxlu sayda qəhrəmanları olub və bu gün də var. Ona görə "olub" deyirəm ki, həmkarlarımızın bəziləri indi müxtəlif mətbu orqanlarda irili-xırdalı vəzifələr tuturlar, bir neçəsi də haqqa qovuşub. Amma bu 17 ili anbaan yaşayan, onun hər bir məqamını ömrünə köçürən və həmin serialda müxtəlif rolları, necə deyərlər, xırda, epizodik rollardan tutmuş baş rollara qədər ifa edən əməkdaşlarımız bu gün də o serialın qəhrəmanlarıdırlar. Deyəcəksiniz ki, burda qəribə nə var ki? Amma tələsməyin...
Hər gün "Azərbaycan" nəşriyyatına, daha doğrusu, onun 6-cı mərtəbəsinə gəlib iş otağımın qapısını açıram. Axşam pərakəndə qoyub getdiyim kağız-kuğuzun, qələmin, hətta daimi yeri olan telefonu götürüb öz yerinə qoymaqla guya bir səliqə-sahman yaradıram. Amma hamı deyir ki, otağın həmişə tökünükdü. Desinlər də, bu da mənim qüsurumdu. Və sonra Oqtay Salamov gəlir. Çoxdan ayrılmış kimi hal-xoş edirik. Axşamdan bəri baş verənlərdən, yolda-izdə qarşılaşdıqlarımızdan danışırıq, daha çox onun nərd yarışmalarının (bu əslində müharibə kimi bir şeydi) nəticəsi məni maraqlandırır. Və sonra da başlayırıq gündəlik qəzetləri vərəqləməyə, yəni mövzu axtarışına çıxırıq. (Hərdən hazır mövzularla da gəldiyimiz günlər olur, bəzən də baş redaktordan tapşırıq alırıq, yəni belə şeylər də olur).
Hə, hər kəs nə isə axtarır-tapır, sonra üst-üstə düşməsin deyə kim nəyi, necə yazacağını bir-biriylə bölüşür, bu söhbətə Babək Yusifoğlu da bəzən qatılır və sonra "Allah, Məhəmməd, ya Əli" deyib başlayırıq yazmağa. Onlar daha çox özləri keçirlər kompüterin arxasına, mən isə bir az ərkəsöyünlük edib gah Mehribanın, gah Vüsalənin, gah da