Kimsə yoxdu...

ƏBÜLFƏT MƏDƏTOĞLU
65639 | 2014-07-18 15:36

Birtərəfdən havanın bürkülü keçməsi, necə deyərlər, adamın özünü özündən bezdirməsi... ikinci bir tərəfdən həyat qayğıları... üçüncüsü də gündəlik qəzetdə işləmək... lap üstəlik də yaşın bu çağında güzəran üçün bəzən zorən yazı yazmaq həqiqətən adamın əhvalını alt-üst edir. Elə bil qəfildən kefinə ya soğan doğranır, ya da üstünə bomba atılır. Ona görə canını qoymağa bir yeraxtarırsan. Yer tapmaq da o qədər asan deyil. Birincisi onu haqq eləməlisən, ikincisi də bu yerin özü olmalıdı...Nə isə...

Bax, belə bir durumda canımla əlbə-yaxa idim. Bilmirdim bu ovqatı özümdən, özümü bu ovqatdan necə çıxarım. Köməyimə sağ olmuş şeir çatdı, poeziya əlimdən tutdu. Yazı stolumunüstündəki kitablardan birinə əlimi uzatdım və açıb oxudum. Dahadoğrusu, açıb diqqət yetirəndə şeirin başlığı məni özünə çəkdi. Köhnə tanış kimi üzümə gülümsədi. Hardasa yadıma tələbəlik illərində yazdığım universitet qəzetində, sonra ilk kitabında işıq üzü görən bir şeirim düşdü. O şeirin də adı demək olar ki, indi diqqətimi çəkən şeir başlığına çox yaxın idi. Onda mən yazmışdım ki, "kimsəm yox oturub dərdimi çəkə". Amma bu kitabdaoxuduğum şeir başlığı bir fərdin dərdini yox, bir kəndin dərdini ifadə edirdi. Bu başlıq da belə idi: "Kimsə yoxdur ağı desin bu kəndə".
Bəli, şeirin başlığı əlindən tutub məni çox-çox uzaqlara apardı. Doğulduğum kəndə gedib çıxdım. Uşaqlığımkeçən həyət-bacanı, məhəlləni, məktəb yollarını, bulaqbaşını, çay kənarını, bir sözlə. bu kəndin hər bir qarışınıaddım-addım, tələsmədən, kirpiklərimin ucunda yaş, ürək ağrısı ilə dolaşdım. Bilmədim nə axtarıram, kimiaxtarıram. Çünki bilmək gücündə deyildim. Əgər nəyisə axtardığımı bilsəydim də belə, o ümumi dərdin içində fərdi dərdi tapa bilməyəcəkdim. Çünki bu dərdlərin hamısı artıq birləşib bir olmuşdu. Və mən də bu bir dərdin qarşısında ancaq bumisralara sığınıb dayana bildim.

Ana köçüb, bacı köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb bu kənddən,
Kimsə yoxdu ağı desin bu kəndə.

Sükut burda büsat qurur, toy qurur,
Qapısını yağış döyür, qar vurur.
Ruzisini qara yellər sovurur,
Kimsə yoxdu ağı desin bu kəndə.

Bəli, mən bu şeiri oxuduqca gəzib dolaşdığım və gözlərimin önündə odlara qalanmış bu kəndin tüstüsü canımdançıxmağa başladı. Həmin o tüstünün içində bugünlərin bir hadisəsinin görüntüsü də mənimlə üz-üzə dayandı. Kəlbəcərə, doğma kəndinə gedən iki vətəndaşımızın girov götürülməsi faktı mənim bu şeirə olan münasibətimi bir az da sevgi və ciddiyyətlə yüklədi. Doğrudan da öz evinə, öz ocağına, öz kəndinə tamarzı qalmaq nə qədər zülümdüsə, bu kəndi ziyarət etməyə, bu ocağı öpməyə gedəndə əsir düşmək daha dəhşətlidi. Ona görə ki, heç nə etmədən, bir düşmən burnu da qanatmadan əsir düşmək mənim düşüncəmə görə, heç də yaxşı hal deyil. Düşməni öldürüb özün şəhid olmaq, bu tamam başqa bir aləmdi. Nə isə...
Bəli, bu qarışıq fikirlərin içərisində çəhrayı rəngli dünyanın bəmbəyaz rəngli qu tükü qədər yumuşaq, amma sərtliyi ilə ürəyi, düşüncəni dəlib keçən misraların içində mən yavaş-yavaş fərqli bir ovqat qazanırdım. Elə bir ovqat ki, oun ifadə etmək, onu sözə çevirmək çox çətin idi. Ona görə də həzin bir şeir oxumağa üstünlük verdim.

Bu da bir fürsətdi ələ düşməyən,
Sözlərin mələklər göydən gətirən.
Min ildir heç kimə söylənilməyən,
Gəl, sənə bir həzin şeir oxuyum.

Səhra istisində kölgə gəzəntək,
Xəstənin umduğu quzey qarı tək,
Üzüm giləsi tək, nar giləsi tək,
Gəl, sənə bir həzin şeir oxuyum.

Həmin o həzin şeirin ruhuma səpdiyi həzinlik də məni sanki rahat bir yola tərəf yönəltdi. Özümdən asılı olmadan həmin o yolun ucundan tutub üzü sevgiyə tərəf getməyə başladım. Bu sevginin haqdan gəldiyini, mələklərin pıçıltısıyla qanımahopduğu yaşadığım ovqatdan aydın görünürdü. Həmin ovqatı isə çəhrayı rəngli dünyanın əvvəldə xatırlatdığım bəmbəyaz misraları yaratmışdılar. Yəni həmin misralar elə bil ki, yol-yoldaşım idilər... Elə bil ki, həmdəmim idilər... Elə bil ki, onlar məhz mənim üçün yazılmışdılarki, bu ömür yolunda tək qalmayım.
Ruh adamlarının, sözə könül verənlərin və bir də duyğusalların köməyinə həmişə poeziya çələngi gəlir. Bax, indi də məni kökləyən, məni özümə tanıdan həmin o poeziya çələnginin tər çiçəkləri idi.

Vallah gözəl gəldi, bu ilahi eşiq,
Biz məcnun timsallı bir eşqyaşadıq.
Dünya girdədirsə yolu dolanbac,
Kül altda gizlənən közə bənzərik,
Rastlaşsaq bəlkə də bir də alışdıq.

Doğurdan da dağ dağa rast gəlməsə də, insan insanlaqarşılaşır deyirlər. Amma nədənsə biz itirdiyimiz, qədrini bilmədiyimiz, əhəmiyyət verməyib yanından keçdiyimiz sevgilərə təkrar rast gəlmirik, qarşılaşmırıq.Görünür, bizi məhz həmin o saydığım günahlarımıza görə, cəzalandırır Tanrı. Ancaqburada bir məqam da var: o da bəzən sevginin, kədərin dilini bilməməyimizdi. Həmin dili bilmədiyimiz üçün də anlaşa bilmirik. Bunu damən çəhrayı rəngli dünyanın bəmbəyaz misralarından yaddaşıma köçürdüm.

Nə ürək dərd çəkər, kədər yeyər,
Bir az sevinc ilə yaşaya bilsən.
Eh, dərdi yazmağa nə vardı axı,
Dərdin öz dilində danışa bilsən.

Hə, mən misraların yaxasından yapışıb özümü baş aça bilmədiyim durumdan çıxardım. Sizi deyə bilmərəm, amma bircə onu demək istəyirəm ki, bu misraların hər birində yozulası, yazılası sətiraltı, sətirüstü kifayət qədər dünyalar, daha doğrusu,o dünyaları nişan verən rənglər var. Kim hansı rəngi sevirsə, həmin rəng daha gözəldi. Çəhrayı rəngin gözəlliyini məndən daha yaxşı misraları ilə məni özümə qaytaran müəllif bilir. Mənim axtardığım rəng isə Qarabağda qalıb. Qaytarıb qovuşanda adını deyəcəm.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV