adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Neftçi” dünyanın ən zəif komandasıdı

CEYHUN MUSAOĞLU
52725 | 2014-07-18 14:03

Azərbaycanfutbolunun azarkeşi deyiləm. Amma Azərbaycanımınazarkeşiyəm. "Neftçi" xarici komanda ilə oynayırdı deyə, meydana məmləkətimidəstəkləməyə getmişdim.

Ordaöyrəndim ki, bəs AvropaLiqasının II təsnifat mərhələsinin ilk oyunlarıdı. Azərbaycan kubokunun qalibi"Neftçi” bu mərhələdən mübarizəyə qoşulub və Sloveniyanın "Koper” klubunu qəbuledir.

Stadionu yaxınlarda təhvilveriblər. Adı "Bakcell arena”dı. 3-cü sektorda oturmuşduq. Meydanın biz tərəfdəolan aut xətti görünmür. Oyun xəttin yaxınlğında olanda, gərək tullanasanstadionun içinə. Bir-iki dəfə tullandım. Hakim oyunu saxlayıb, məni yenidən3-cü sektora-yerimə qaytardı. 

Oyun başladı. Dəhşət. 10 dəqiqədən sonra qənaətim hazıridi: dünyanın ən zəif  komandası "Neftçi"di. baş məşqiçi BöyükağaHacıyev deyəsən kresloda yatıb. Ya da oyuna gəlməyib. Onu görmədim. Bir dəfə dəolsun, durub komandanın oyunçularına göstərişlər vermədi. Oyunçu dəyişdirilir,meydandan çıxan futbolçuya əl vermir. Üzr istəyirəm, "futbolçu” sözü dırnaqdayazılmalıdı.

Buadam oyunçularından küsüb. Oyunçuların valideynlərinin nəzərinə çatdırıram ki,övladlarını yoxlasınlar. Evdən məşq adıyla çıxıb, başqa yerlərə gedirlər. Məşqəgələn adam belə oynamaz. Mehdiabadda yaşayıram. Bizim komandamız var. Yüksək məbləğdənmərc gələk, "Neftçi" ilə oynayaq, uduzsaq adımı 90 qoyacam. O qara gədəninşərəfinə))))

Hə,meydanda oynayanların adı elan olunanda, demək olar ancaq qəraib-qürayib adlareşitdim. O 90 var ha, futboldan başqa hər şey oynadı. Bədbəxtoğlu ölkəsindəqalıb aktyorluq eləmir... Adam hər 5 dəqiqədən bir özünü qaldırıb yerə vurur.Gah qarnını tutur, gah belini... Vəziyyət o həddə çatmışdı ki, onun meymunluğunurəqib komandanın oyunçuları alqışlayırdı. Tayı da var – 10 nömrə. Adam ayağındatop olanda elə bükülür ki, sanki Məşədi İbad "hambal” deyə onu yanına çağırıb.Messi bədbəxtin başını xarab eliyib. Topu götürür, düşür meydanın ortasına, gaho pöhrəliyə girir, gah bu pöhrəliyə. Rəqib oyunçulardan heç kim onayaxınlaşmır. Ayağında top ortada tvist oyanyır, sonra yıxılır... Vəssalam.Hücum. İki qol. Və meydanda bir qəpiyə olan söyüşlər, "istefa” şüarları...

Bizim7-nin vurduğu bir qol pis alınmadı. Cərimə meydançasının yazınlığından zərbə endirdivə rəqibin qapıçısı başqa qapıçıların tuta biləcəyi topu buraxdı. Yəni zəifdi.Nə olsun, bu zəifdən top keçirə bilməyən iki dəfə artıq zəiflər də var.

Bizimqapıçı isə göylə əlləşir. Topa düzgün çıxmadı, ikinci qol idman dilində desək,toru silkələdi. Birinci qolu isə onların 14 nömrəsi vurmuşdu. Əla oyunçudu.Bizimkilərin başına oyun açmışdı.

Oyun 2:1 hesabı ilə bitdi. Azərkeşlərmeydanı butulka atəşinə tutdular. Tərslikdən oyunçular meydandan çıxmışdı, bəlkəbir-ikisinə dəyərdi, ayılardılar, bilərdilər ki, otluqda gəzməyə gəlməyiblər.

Görün Azərbaycan kubokunu almayankomandalarımız nə gündədi...

Şəkil

TƏQVİM / ARXİV