adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

KiTAB BAZARI ÖZüNüZ AXTARIN, SEçiN

VAHİD ƏLİFOĞLU
26120 | 2007-06-30 17:16
Nədən nə kəsmisən, kəm yaratmısan,
   
   Bizə dərd yazmısan, qəm yaratmısan.
   
   Bütün millətləri sən yaratmısan,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   Bu yeznə bazarı, qayın bazarı,
   
   Ayıya, meymuna oyun bazarı.
   
   Artır it bazarı, qoyun bazarı,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   Yüz yerdən qırılmış gümana gülür,
   
   Əl atır, dəryada samana gülür.
   
   Kişilər geydiyi tumana gülür,
   
   Allah, bu millətn axırı yoxdu...
   
   
   
   Əkinsiz, biçinsiz çöl dilənirsə,
   
   Qarın dilənirsə, əl dilənirsə;
   
   Çadıra bürünüb el dilənirsə,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   Şəkər paylamadın, noğul vermədin,
   
   Baş verdin, içində ağıl vermədin.
   
   Allah, bu millətə oğul vermədin,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   Üzəngi basanı, vəlisi burda,
   
   Əhmədi, məmmədi, əlisi burda...
   
   Şairi qürbətdə, dəlisi burda,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   Bu yolsuz yollara bəsdi, bağırdım,
   
   Harayım bir titrək səsdi, bağırdım...
   
   Məni öz qılıncım kəsdi, bağırdım,
   
   Allah, bu millətin axırı yoxdu...
   
   
   
   ...Dərdi balalayan, dərdi bitən var,
   
   

TƏQVİM / ARXİV