adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2014 11:46
15906
HADİSƏ
A- A+

Yol qəzası bir jurnalisti də apardı

Bakıda jurnalisti vuran avtomobilin sürücüsü müəyyənləşdirilib

"Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. Bu barədə "Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib. Ə.Mədətoğlu deyib ki, iyulun 17-də S.Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S.Ağayev hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, "Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

Artıq jurnalist Sarvan Ağayevi vuran avtomobilin sürücüsü müəyyənləşdirilib. Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, jurnalist Bakı şəhər sakini, 24 yaşlı Teymur Məlikovun idarə etdiyi "Hyundai” avtomobili ilə vurulub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Ağayev əvvəllər "Ədalət” qəzetində çalışıb.

avtosfer.az