adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyul 2014 11:17
7110
MƏMLƏKƏT
A- A+

11 ölkənin gəncləri Qubada

Qubada "Mültikulturalizmin Azərbaycan modeli” mövzusunda beynəlxalq gənclər forumu öz işinə başlayıb. İyulun 20-dək davam edəcək forumda yerli gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, 11 ölkədən 30-dan artıq əcnəbi gənc də iştirak edir. Prezident yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihə "Bir cəmiyyət – müxtəlif mədəniyyətlər” devizi ilə "Çoxmədəniyyətli icmalarda gənclərin fəal sosial iştirakçılığı” çağırışı altında keçirilir.

Forumun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirəsinin aparılması, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması, Quba Bəyannaməsinin qəbulu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.