ÖZüMDƏN ÖZüMƏ BAXIŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
28515 | 2007-06-30 17:16
Hərdən fikirləşirəm yaxşı ki, yazıb-pozmağı, arada bir uydurmağı bacarıram. Yoxsa, bu dünyadan heç baş açmazdım. Və bir də yaxşı ki, bu günlərdən nə qədər baş açdığımı bir özüm bilirəm, bir də Allahım... Və bir də Allahımın bildiyi həmin o sirrimi mən də hərdənbir namərdlik edib dədəmin qulağına pıçıldayıram. Və beləcə iki nəfərin bildiyi artıq sirr olmaqdan canını qurtarır...
   
   Söz adamlarının bir uydurması var. Məndən heç kim inciməsin. Ola bilsin ki, həqiqətən də kimlərinsə ilham pəriləri var. Amma mən də az-çox sözdən anlayışım olduğu üçün fərdi, əlahiddə hansısa bir ilham pərisinin olduğunu nə düşünmüşəm, nə görmüşəm, nə də onu mənə göstərən olub. Hər anının özündə bir pıçıltı, hər anının özündə bir gözəllik, hər anının özündə bir kədər, niskil, qayğı, dərd və digər əllə toxunulası mümkün olmayan zərif duyğuların yaşandığı həmin o anın özü mənim üçün bir ilham çeşməsinə, ilham pərisinə çevrilir. Ona görə də:
   
   

TƏQVİM / ARXİV