adalet.az header logo
  • Bakı 20°C

QARABAğDAN

OQTAY SALAMOV
19004 | 2007-06-30 17:16
Yenə bir həftə qəzetlərə manşet, televiziyalara ana xəbər mövzusu tapıldı: "Azərbaycan ziyalılarının bir qrupu Dağlıq Qarabağa və Yerevana səfər etdi". Sonra başlayacaq hərə öz arşını ilə ölçməyə: məddahlar bunu az qala xüsusi bir qəhrəmanlıq kimi təqdim edəcək, əleyhdarlar vətənə, xalqa, Qarabağa xəyanət haqda danışacaqlar. Daha doğrusu, artıq belə mövqelər ortaya qoyulmaqdadır. İstiqamətlərə ton verən tərəflər kimi Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Nizami Bəhmənovun, əks cəbhədən isə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının çıxışlarını əsas götürmək olar.
   
   Fikirlərin haçalaşması, mübahisələrin qızışması labüddür. Çünki mübahisə predmetinin özü mübahisəlidir. Ona görə də söz deyən, fikir yürüdən adamın da qərəzi olacaqsa və ya ona sən sus, sənlik deyil qadağaları qoyulacaqsa, bundan udan yenə erməni olacaq. Etiraf etməliyik ki, söz birliyində, mövqe birliyində hələ bizim erməniyə çatmağımıza çox, özü də lap çox var.
   
   Mövzu dostlarımız arasında da müzakirə olundu və cəmiyyətin əksər hissəsindən fərqli olaraq biz ortaq məxrəcə gələ bildik. Amma hətta mövqeləri kifayət qədər yaxın olan adamlar arasında belə fikir birliyi çox gərgin mübahisələr nəticəsində yarandı. Ona görə də cəmiyyətdəki mübahisələrin ağır olacağını bilirik və buna haqq da qazandırırıq. Təki nəticə uğurlu alınsın.
   
   

TƏQVİM / ARXİV