adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyul 2014 18:51
8648
HADİSƏ
A- A+

Bakıda iki avtomobil yandı

Bu gün Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin bir hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hadisə vaxtı yüksək temperaturdan yaxınlıqda dayanmış "NİSSAN" markalı minik avtomobilinin sağ işıqlandırma sistemi və buferi əriyib. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.